» » » "İlkin Şəhid" sənədli filmin ilk treyleri (VİDEO)


"İlkin Şəhid" sənədli filmin ilk treyleri (VİDEO)


“Şəhidlər ölməz...”
Vətən muharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə  keçirilməsinə start verilən yeni film layihəsi belə adlandırılır.

Layihənin idea müəllifi, həmçinin rejisoru və prodüseri olan İntiqam Hacılı “Biləsuvar info” ya  bu haqda danışarkən demişdir ki, məqsədimiz Vətən muharibəsi şəhidlərinin hər biri haqqında sənədli film çəkməkdir: “ Bunun üçün, filmlərin nümayişinə “Space” Tv tərəfindən efir vaxtı da ayrılmışdır. C. Cabbarlı adına “Azərbaycanfilm ”  kinostudiyası tərəfindən texniki təstək göstərilərək, ilkin olaraq çəkiləcək 4 filmə razılıq verilib. Biz bu işə Biləsuvardan başlayaraq, rayonun Vətən muharibəsində ilk şəhidi İkin İslam oğlu Abıyevə həsr etdiyimiz “İkin şəhid ” sənədli filminin cəklişini artıq yekunlaşdırmışıq.”


Onu da qeyd edək kinorejissor İ.Hacılı bu işin ərsəyə gəlməsində əlaqədar qurumların göstərdiyi texniki dəsdəyə və  Rusiyada yaşayan həmyerlimizin lazım olan maliyə vəsaitini qarşıladığına görə məmnuluğunu ifadə etmişdir.

O, üzünü iş adamlarına və imkanlı şəxslərə tutaraq qarşıya qoyulan əzəmətli misiyanın tamamlanmasına lazım olan maliyə vəsaitinin köməklik olunması xahişini çatdırmışdır: “ Biz üzərimizə düşən bütün işləri arzuolunan səviyyədə reallaşdırılması üçün bütün işlərimizi görmüşük. İnanırıq ki, xeyirxah insanların bizə  dəstəyi və bir olmağımız sayəsində qarşıya qoyduğumuz məqsədə çatacağıq.”
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan