» » Biləsuvarda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirildi - ŞƏKİLLƏR


Biləsuvarda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirildi - ŞƏKİLLƏR


Biləsuvar, 10 may, BİLESUVAR.İNFO

Biləsuvar rayonunda da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ehtiramla qeyd olunub.


 "BİLESUVAR.İNFO" xəbər verir ki, rayon Icra Hakimiyyətinin başcısı Faiq Qürbətov , Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və  ictimaiyyət nümayəndələri əbədiyaşar Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək qarşısında  sayğı duruşu nümayiş etdiriblər. Sonra şəhər mərkəzindəki parkda Ulu Öndərin xatirəsinə həsr edilən  ağacəkmə aksiyası  təşkil edilib. 


Ağacəkmə kampaniyası YAP Biləsuvar rayon Təşkilatı, rayonun Gənlər və İdman İdarəsi, Təhsil şöbəsi və Mənzil Kommunal Təsərrüfat Birliyinin kollektivlərinin xüsüsi fəallığı ilə keçirilmişdir. Gənc könüllülərin də böyük həvəslə iştirak etdiyi nəcib aksiyada rayonun iqlim şəraitinə uyğun 100 ədəd zeytun ağacı əkilməklə, ümumilikdə 400 dən çox müxtəlif növ ağac kolları əkilərək, yeni park salınıb. Əkilən ağacların dibləri bərkidilərək suvarılıb, aqrotexniki qaydada qulluq  göstərilib.
 
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası fəallarının təşəbbüsü ilə ölkəmizdə həyata keçirdiyi yaşıllaşdırma aksiyasının  davamlı olacağı nəzərdə tutulub. Müasir Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirib. Yeni Azərbaycan Partiyası da Ulu Öndərimiz tərəfindən qoyulan bu ənənəni layiqincə davam etdirməkdədir.







Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR