» » Biləsuvar böyük Şairin itirdi - Başın sağ olsun Biləsuvar!


Biləsuvar böyük Şairin itirdi - Başın sağ olsun Biləsuvar!


"Hər şerimdə yüz nəğmə var, hər nəğməmdə min avaz,
Bunu hamı dərk etməz,  bunu hamı anlamaz.
Mən ADİLəm, zamanın tənəsidir YARAMAZ,

"Bilesuvar.İnfo" xəbər verir ki,
Tə'nə ilə deyilən ad mənim adım deyil" deyən şair dünyasını dəyişdi. İnsan kimi çox böyük insan idi. Hec vaxt hec kəsi incitməzdi. Cebindəki son qəpiyi ehtiyacı olana verib ozü ac qalardı. Hec bir redaksiya qapısını döyüb şerlərinin capını istəməzdi. Halbuki onun ANA şeri rəhmətlik Alqayıdı heyrətdən dondurmuşdu. 

Bir ürək yetimdir, bir ürək sağır
Bu kökdə rüzgarda yaşamaq olmaz!
Bu boyda dünyanın özündən ağır,
Dərdini anasız daşımaq olmaz,
Cağırın, çağırın anamı mənim!
Qəfil yanğın düşsə bu yerə, göyə
Onun göz yaşıyla söndurrəm vallah!
Söykənsəm anamla kürək kürəyə,
Ölümü taxdından endirrəm vallah,
Çağırın, çağırın anamı mənim... 

- Adilin yaradıcılığı başdan başa axıcı bir fəlsəfə idi..

Əzəl gündən tale zəbun, şairlərin baxtı olmur,
Gözəllikdir tacı, taxtı, qızıl tacı taxtı olmur.
Öz ömrünü yaşamaqa şairlərin vaxtı olmur,
Şair şərə qələm çalır, insanlığa əhd eyləyir,
Şair kökə enə-enə yeni dünya fəht eyləyir,
Fələk keçməz dünya boyu şair bir yol qət eyləyir,
Girinc qalır zaman orda, orda vaxtın yaşı çatmır,
Şairlərin başı çatmır?!..

Deyən şair artıq dünyada yoxdur. Onu tanıyan insanların qəlbində dərin bir boşluq yaradıb əbədiyyətə qovuşdu Adil Yaramaz... Allah Sizi rəhmət eləsin böyük Şair !

                 Ali Ashiq

 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan