Biləsuvar rayonunun Bəydili kəndində əhalinin içməli su xətləri təmir olunur - ŞƏKİLLƏR » Yerli İnformasiya Agentliyi
» » Biləsuvar rayonunun Bəydili kəndində əhalinin içməli su xətləri təmir olunur - ŞƏKİLLƏR

Biləsuvar rayonunun Bəydili kəndində əhalinin içməli su xətləri təmir olunur - ŞƏKİLLƏR


7000 nəfərə yaxın əhalisi olan Bəydili kəndi  Biləsuvar rayonunun ikinci böyük kəndidir.Kənddə əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq  2018-ci ildə Şirvan-Muğan qrup su kəmərinin Biləsuvar şəhərinə daxil olan hissəsindən su xətti çəkilmiş və  bulaqlar quraşdırılmışdır.Lakin bu gün də kəndin müəyyən ərazilərində əhali əvvəllər yeraltı dəmir borularla çəkilmiş su xətlərindən istifadə edirlər.

Hazırda Biləsuvar Su Kanal Sahəsi tərəfindən bu ərazilərdəki dəmir borularda yaranmış problemləri aradan qaldırmaq məqsədilə təmir işlərinə başlanılmışdır. Su Kanal sahəsinin işçiləri su xətlərini torpağın altından çıxarır  və borular təmizlənir.İstifadəyə yararsız olan hissələr yeni borularla əvəz olunur.Aparılan təmir işləri nəticəsində kəndin bu ərazisində içməli su problemi yaşayan 28 ailənin su ilə təminatı yaxşılaşacaq.Bundan əlavə kənd məscidinin qarşısında  məscidi içməli su ilə təmin etmək üçün bulaq tikiləcəkdir.Görülən işlərin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulmuşdur.



Şərhlər: 2
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
  1. 
    Sakit
    Salam alekium zehmet olmasa bu Agayri kendinide icmeli su ile temin edinde bizlerde temiz su icek 
    1. 
      Admin
      • Admin
      • Saytda yoxdur

      • 12 may 2021 12:16
      İnşallah maraqlanarıq.
      Biləsuvar.İnfo
Karvan ailəvi restoran