» » Biləsuvarda şəhid ailələri ziyarət olundu - ŞƏKİLLƏR


Biləsuvarda şəhid ailələri ziyarət olundu - ŞƏKİLLƏR


15 May Beynəlxalq Ailə Günü ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Tədbirlər Planına əsasən Biləsuvar Rayon İcra Hakimiyyəti və "Əsgərə xatirə kitabı" layihəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olundu. Tədbir iştirakçıları Vətən, torpaq uğrunda şəhid olan həmyerlilərimizin ailə üzvləri ilə görüşdü, şəhidlərimizin 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yollarından, qəhrəmanlıqlarından söz açdılar.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov "Əsgərə xatirə kitabı" layihəsinin rəhbəri Nuranə Şıxəliyevaya  Vətən müharibəsi dövründə ordumuza, eləcə də şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə, hər zaman rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq etməklə ailələrimizə dəstək olduğu  üçün minnətdarlığını bildirmişdir. Sonda Nuranə Şıxəliyeva başçının Sərəncamı ilə Fəxri Fərmanla təltif olunmuşdur.







 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR