» » Şəhid bulağının açılışı olub - FOTOLAR


Şəhid bulağının açılışı olub - FOTOLAR


Rayonun Aşağı Cürəli kəndində şəhid pilot baş leytenant Gözəlov Xalid Həsən oğlunun  xatirəsinə tikilən bulağının açılışı olub. 

"bilesuvarinfo.az"
nun məlumatına görə, bulaq şəhidin ailəsi, döyüş yoldaşları və yaşadığı kəndin sakinləri tərəfindən tikilib. Açılış mərasimində rayon İcra Hakimiyyətinin rəsmiləri, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, SHXÇDX-nın Biləsuvar rayon Şöbəsinin əməkdaşları, kənd sakinləri, Aşağı Cürəli kənd tam orta məktəbinin şagirdləri  və şəhidin doğmaları iştirak edib. 

Qeyd edək ki, şəhidimiz 4 noyabr 1996-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 2002-ci ildə Zaqatala şəhərində Ş. Qurbanov adına tam orta məktəbin 1-ci sinfinə getsə də məktəbi doğulduğu kəndin orta məktəbində bitirib. 

2012-2016-ci illərdə Dövlət Sərhəd Xidmətinin Akademiyasının Aviasiya fakültəsi üzrə təhsil alıb.

2016-ci ildən Dövlət Sərhəd Xidmətində baş leytenant hərbi rütbəsində pilot kimi xidmətə başlayıb. Xalid Gözəlov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən Müharibəsində iştirak edib, xüsusi rəşadət göstərərək qəhrəmancasına şəhid olub.

Şəhid Xalid Gözəlov 28 sentyabr 2020-ci ildə Bakı şəhərində II Fəxri Xiyabanda dəfn edilib. 

Şəhid baş leytenant Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Qubadlının azad olunmasına görə medalı" ilə təltif edilib.

Allah rəhmət eləsin!


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan