» » Uğurların bol olsun Rüfət, sən bundan da artıq uca zirvələrə layiqsən


Uğurların bol olsun Rüfət, sən bundan da artıq uca zirvələrə layiqsən

Biləsuvarımızın ağ saçlı pedaqoqlarından Kamal müəllimlə tanışlığımız  2000- ci ilin əvvəllərinə təsadüf edir. Onun bir ziyalı kimi rayon mətbuatının təssübünü çəkməsi bizi fəaliyyətimizdə ruhlandırmışdır.

 Rəhbərlik etdiyi məktəblə əməkdaşlığımız bu təhsil ocağının uğurlarını yaxından tanış etmişdir. Xüsusilə tədris ili yekunlaşanda, təhsil müəssisələrinin yetirmələrinin ali məktəblərə qəbulda nəticələri açıqlanmasını Kamal müəllim səbirsizliklə gözləyərdi. Bu nəticələr açıqlananda o, şagirlərinin uğuruna sonsuz fərəh duyar, deyirdi: “Ömrü boyu heç bir yetirməsi olmayan müəllimin əmək fədakarlığı yel dəyirmanları ilə vuruşan Donkixodun fədakərlığı kimi bir şeydir.”

47 il şərəfli pedoqoji fəaliyyəti olan Kamal Teymurovun 25 il rəhbərlik etdiyi Səmədabad kənd tam orta məktəbi bu gün də rayonun nümunəvi təhsil ocaqlarındandır. Məktəbin yetirmələrin sorağı müxtəlif sahələrdən gəlir. Bu günlərdə mətbuatdan, sosial şəbəkələrdən adı bizə yaxından tanış olan Rüfət Əsədzadənin bu məktəbdə təhsil almasını eşidərkən bir anlığa Kamal müəllimin yetirmələrinin uğurlarını eşidərkən keçirdiyi fəxarət hissini xatırladıq. Elə onunla keçirdiyimiz görüşdə bu məktəbdə 8 il şagirdlik həyatını yaşayan  Rüfətlə bağlı xatirələr yada düşür. Bu haqda danışarkən o, demişdir:

- Hər birimizdə müəllimin həraətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yudurmuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrükliklə və səbrlə bizə öyrətmiş və öyrədir. Əli Almasov adına Səmədabad kənd tam orta məktəbinin kimya-biyalogiya müəllimi Mirzəcanov Eldar Elyas oğlu xoşbəxt müəllim sayıla bilər, çünkü bu gün onun yetirmələrinin sorağı respublikamızın müxtəlif elm və təhsil ocaqlarından gəlir.
Bu yaxınlarda 70 yaşını  qeyd edən Eldar müəllimin sevincini həddi-hüdudu yoxdur. Çünkü bu günlərdə onun  yetirməsi - Əsədzadə Rüfət Nizami oğlu Gənc Müəllimlər Assosasiyasının İdarə Heyətinin sədri seçilmişdir.

Rüfət Əsədzadəin dərin zəkası və elmə olan böyük həvəsi onu Azaərbaycanın Milli Qəhrəmanı M.İbarahinov adına Bağça - Məktəb - Lisey Kompleksinə gətirib çıxarmış və burada orta təhsilini müvəffəqiyyətlə bitirmişdir. Onun gələcəyimizin layiqli gənci kimi formalaşmasında  M.İbarahinov adına Bağça-Məktəb-Lisey Kompleksinin müəllimlərinin də  xidməti böyükdür. Mən rayonumuzda fəalliyət göstərən bu təhsil ocağını başda məktəb rəhbərliyi olmaqla bütün kollektivini təbrik edirəm. Onun bu uğuru bütünlükdə Biləsuvar Rayon Təhsil şöbəsinin uğuru sayılmalıdır.
Bu sevincə məktəbimizin bütün kollektivi qoşulur və deyirik: - Uğurların bol olsun Rüfət,sən bundan da artıq uca zirvələrə layiqsən.!.
 
         Qələmə aldı: Surxay Şahbazov,
         Baş redaktor

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan