» » Başçı rayon sakinlərini RAMAZAN ayının başlaması münasibətilə təbrik etdi


Başçı rayon sakinlərini RAMAZAN ayının başlaması münasibətilə təbrik etdi


        "Bilesuvar.İnfo" xəbər verir ki, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rəhbərlik etdiyi Biləsuvar rayonunun sakinlərini “müqəddəs ay”, “11 ayın sultanı” Ramazan ayının başlaması münasibətilə təbrik etdi. 
"Bilesuvar.İnfo" saytının kollektivi olaraq bizdə bu təbrikə qoşuluruq. Biləsuvar sakininin bir üzvü olaraq bizdə bu təbrikə görə cənab Başçıya təşəkkür edirik !
                                                                         FAİQ QÜRBƏTOV
                                                             Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı

               Əziz biləsuvarlılar, bacı və qardaşlar!

      Müsəlman dünyasında “müqəddəs ay”, “11 ayın sultanı” Ramazan ayı başlamışdır. Məlumdur ki, Ramazan ayı insanları saflığa, təmizliyə,  nəfsani hislərdən uzaq olmağa çağırır. Allah qarşısında bir sınaq ayı kimi Ramazan ayı öz fəzilətləri ilə insanları sevindirir, onlarda qarşılıqlı hörmət və mərhəmət hisləri aşılayır, insanlıq borcumuzu ödəmək imkanı verir, mənəvi zənginlik və əxlaqi kamilliyimizlə nəfsimiz üzərində qalibiyyətimizi təmin edir.

       Heç şübhəsiz ki, ölkəmizdə mövcud olan dini etiqad azadlığı, müxtəlif dinlərin birgə, yanaşı mövcudluğu, ayrı-ayrı dinlərin nümayəndələri arasında mövcud olan tolerant mühit digər dini tədbirlər kimi Ramazan ayının da maneəsiz qeyd olunmasına şərait yaradır. Bundan ötrü Respublikamızda həyata keçirilən məqsədyönlü tədbirlər, bu sahədə mövcud olan qanunvericilik bazası, insanların öz dini inanclarının sərbəst icra etməklərindən ötrü yaradılan şərait buna imkan verir. 
      Ölkə rəhbəri cənab İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsidə həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar dini dəyərlərimizə olan sonsuz hörmətinin bariz nümunəsidir.

     Əziz həmvətənlər,
Biləsuvarlılar tarixən İslam dini və mənəvi dəyərlərə hörmət hissi ilə yaşayıb, tolerant və multikultural ənənələri inkişaf etdirirərək gələcək nəsillərə ötürüb. 
     Artıq ikinci ildir ki, Ramazan ayını  “COVİD-19” pandemiyası  ilə mübarizə şəraitində qeyd edirik. Ramazan ayının ənənlərinə uyğun olaraq kütləvi toplaşmaq, ehsan süfrələri açmaq, kütləvi ziyarətlər təşkil etmək kimi adətlərə ehtiyatla yanaşılmalı,  pandemiyanın yayılma arealının azaldılmasından ötrü həyata keçirilən məhdudlaşdırıcı tədbirlərə riayət etməliyik. Vaksinləşmə sağlamlığımız naminə atılmış vacib tədbir, eləcə də dini şəriət  baxımından məqbul sayılan əməldir. Din alimlərinin fikirlərinə əsasən, Ramazan ayı boyunca oruc tutan insanların vaksin vurdurması orucu batil etmir. Yoluxma faktlarının artım tendensiyasını nəzərə alaraq iftar süfrələrinin pandemiya qaydalarına riayət etməklə ailə və doğmalarımızla keçirərək tüğyan edən bu bəlanın qarşını almağa müvəffəq ola bilərik.

       Əziz həmvətənlər, 
   Bu əziz və müqəddəs günlərdə insanların sağlamlığı, xalqımızın birliyi, dövlətimizin daha da yüksək inkişaf etməsi naminə bütün dualarınızın, istəklərinizin, saf niyyətlərinizin Tanrı dərgahında qəbul edilməsini arzu edirəm. Təkcə Müqəddəs Ramazan ayında deyil, biz müstəqil dövlət və bütöv xalq tandemini yaradan şəhidlərimizin ruhuna rəhmət və dualar oxuyacaq,  saf niyyətlərimizlə yaddaşlara həkk edəcəyik.

       Əziz biləsuvarlılar, 
   Hər birinizi müqəddəs Ramazan ayının başlanması münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə bu ayın fəzilətlərindən bəhrələnməyi və tutduğunuz orucunuzun qəbul olunmasını arzulayıram.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR