» » Erməni deputatdan şok açıqlama: “Mən Polad Həşimov küçəsində yaşayıram...” — FOTO


Erməni deputatdan şok açıqlama: “Mən Polad Həşimov küçəsində yaşayıram...” — FOTO


Ermənistan parlamentinin deputatı Naira Zöhrabyan (“Çiçəklənən Ermənistan” fraksiyası) özünün "Facebook" səhifəsində azərbaycanlıların Google Maps-da Yerevanın mərkəzi küçələrinin adını dəyişdirdiyini, öz şəhid və qəhrəmanlarının adlarını verdiyini bildirib. 

Deputat bununla bağlı Google Maps-dan skrin paylaşıb.
 



“Google Maps xəritələrində azərbaycanlılar Yerevanın mərkəzi küçələrinin adlarını öz qəhrəmanlarının şərəfinə dəyişdiriblər. 

Faktiki olaraq mən Polad Həşimov (Azərbaycanın şəhid Milli Qəhrəmanı, general,-reed.) küçəsində yaşayıram. Türklərlə sülhü təbliğ etməkdə davam edin”,-deputat bildirib.

                    (Yenisabah.az)
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR