» » TƏŞƏKKÜR EDİRİK ! - Müasir Gənclərin İnkişafına Dəstək İB


TƏŞƏKKÜR EDİRİK ! - Müasir Gənclərin İnkişafına Dəstək İB


“Təmiz Bolqarçay” ekoloji marafonu ilə bağlı 04 aprel tarixinədək bizə real dəstəyini nümayiş etdirən Biləsuvar rayon İcra Hakimiyyətinə, Biləsuvar Peşə Liseyinə, Biləsuvar Şəhər Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbə, Biləsuvar şəhər 4 N-li tam orta məktəbə, Lənkəran Peşə Liseyi, Biləsuvar rayonunda fəaliyyət göstərən biznes qurumlar və onların nümayəndələrinə - "Embawood" Biləsuvara ( Adil Mirili , Mehman Abasov ), ARAN Super-Marketə, Al-telekom, Al-electronics ( Alim Agayev ), Tikinti malları dükanı sahibi Ramil Əsgərova , Bolqarçayın ərtafında yaşayan yerli sakinlərə, digər regionlarda və xarici ölkələrdə yaşayan dostlarımıza təşəkkürümüzü bildiririk.

Qeyd edirik ki, marafonun pandemiya qaydalarını nəzərə almaqla 17-18 aprel ayında növbəli şəkildə keçirilməsi planlaşdırılır.



Əziz biləsuvarlılar!
🟢 Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi olaraq rayonumuzun mərkəzindən keçən Bolqarçayın təmizlənməsi üçün hamınızı həmrəyliyə dəvət edirik. 
❗️❗️❗️ Ekoloji baxımdan çirklənmiş çayı təmizləmək üçün müəyyən dəstəyə ehtiyac vardır.
🟢 Dəstək həm lazımı resursların alınması üçün ianə şəklində, həm də fiziki olaraq kömək formasında mümkündür. 
❗️ İanə formasında toplanmış vəsait əsasən aşağıdakı resursların alınmasına xərclənəcəkdir:
- Əlcəklər
- Politelin tobalar (böyük ölçüdə)
- Bel (sadə)
- Bel (çalov)
- Yaba
- Rezin çəkmələr
- Tibbi çanta
- Könüllülər üçün içməli su
- Tibbi maskalar
- Örpəklər (könüllülər üçün)
🟢 Aşağıda qeyd olunan istiqamətlər üzrə bacarıqlarınıza uyğun hər birinizin əməyinin olması bizim üçün önəmlidir:
📌 Könüllü olaraq birbaşa iştirak (fiziki dəstək)
📌 Nəqliyyat dəstəyi (işləyənlərin və təşkilati işlərin yerinə yetirilməsinə dəstək)
📌 Alət, avadanlıq dəstəyi (əlcəklər, geyimlər, bel, çalov və s.)
📌 Abadlıq (təmizlənmiş ərazilərin yaşıllaşdırılması üçün ağac, gül, kol bitkiləri və sair verərək)
Hər birimizin kiçik də olsa dəstəyimiz layihənin davamlı olmasına səbəb olacaq
Özümüz təmizləyirik ki, bir də çirkləndirməyək.


📌Həmçinin fiziki, maddi və ya öz resursları ilə dəstək olmaq istəyənlər aşağıdakı nömrə ilə əlaqə saxlaya və ya kart hesabı vasitəsilə ianə edə bilərlər. 
                                                             📞050 416 32 82

        Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi 

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan