Rus general dünən İrəvandan Bakıya niyə gəlmişdi? - Muradov SENSASİON DETALLARI AÇDI (VİDEO) » Yerli İnformasiya Agentliyi
» » Rus general dünən İrəvandan Bakıya niyə gəlmişdi? - Muradov SENSASİON DETALLARI AÇDI (VİDEO)

Rus general dünən İrəvandan Bakıya niyə gəlmişdi? - Muradov SENSASİON DETALLARI AÇDI (VİDEO)


Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovla görüşəcək.

"Bilesuvar.İnfo" Publika.az-a istinadən xəbər verir ki, Paşinyan Muradovla “əsir” məsələsini müzakirə edəcək.

“Hraparak” qəzeti yazır ki, Paşinyanın məqsədi cəmiyyətə “əsir”lərlə bağlı yalan danışmadıqlarını göstərməkdir.

Qəzetin əməkdaşları Rüstəm Muradova otelin foyesində yaxınlaşaraq, baş verənlər haqqında soruşub.

“Bu, təxribatdır, onlar (Ermənistan hökuməti) əhalini aldadırlar, mənim Bakıya səfərim işgüzar səfər idi”, - Muradov cavabında deyib.

Hazırda Ermənistanın əsir adlandırdığı terrorçuların yaxınları Müdafiə Nazirliyinin qarşısında aksiya keçirir.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

torpaq