» » Biləsuvarda piyadanı maşın vurdu


Biləsuvarda piyadanı maşın vurdu


Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Sadıqov Rauf Akif oğlu naməlum nəqliyyat vasitəsi tərəfindən vurulub.
Piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır xəsarətlər alan şəxsin müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan