» » » Subsidiya alan Fermerlərin EKTİS şəxsi kabinetdən istifadəsi ödənişli oldu


Subsidiya alan Fermerlərin EKTİS şəxsi kabinetdən istifadəsi ödənişli oldu


    Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) yaradılması ölkəmizdə aqrar sahənin inkişaf və aqrar xidmətlərin elektronlaşdırılması istiqamətində atılan mühüm addımlardan biridir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən texniki olaraq ərsəyə gətirilən EKTİS-də kənd təsərrüfatı proseslərinin düzgün həyata keçirilməsi və inkişafını təmin etmək üçün nəzarət mexanizmləri qurulur, real vaxt rejimində proseslərin izlənilməsi imkanları yaradılır.

     "Bilesuvar.İnfo" xəbər verir ki, Hüquqi şəxs olan fermerler 01.04.2021-ci il tarixdən, Fiziki şəxs olan fermerlər isə 05.04.2021-ci il tarixdən əkinlərini bəyan edərkən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) şəxsi kabinetə daxil olmaq üçün ildə bir dəfə ödəniş etməlidirlər.    
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan