» » Veteran polislərimiz


Veteran polislərimiz

Müstəqil Respublikamızda ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-i Azərbaycan Polisi Günü kimi qeyd olunur. 1964-ci ildə Biləsuvar rayonunda Polis Şəbəsinin ( bu vaxtlar milis şösəsi kimi ) formalaşması, bu ən son tariximizdə ( elə daha öncə də ) xidməti olan, fəxirlə adını cəkə biləcəyimiz polislərimiz çoxdur .... Biləsuvar şəhərində hər dəfə onlarla rastlaşanda, ayaq saxlayıb görüşməyi özümə borc bilirəm. Hər yeni görüş onların mənəvi aləminin zənginliyinə bir qədər yaxın edib, çalışdıqları peşəni qəlbən sevdiklərinə əmin olmuşam. Öz işimizdə insanlara, dövlətə xidmət göstərməkdən qürür duymuşuq-deyən veteran polislərimizin nümunəvi, gəncliyə təqdir olunası mənalı ömür yolu var. Bu gün Azərbaycan polisinin keçdiyi 101 illik tarixi yolda, şərəfli fəaliyyəti haqda danışılarkən Biləsuvarın bu iki veteran qanun keşikcilərindən söhbət salmağı özümə mənəvi borc bildim.Onaların rayon polis şöbəsində fəaliyyəti bir dövrə təsadüf edir, həmkar kimi bir-birlərinə fəaliyyətlərində arxa, dayaq olmuş, əzmlə çalışaraq nümunəvilərdən olmuşlar. Dostlaşma, qardaşlaşma, bu iki ailənin sonrakı ömür yolunda qohumlaşmasına da gətirib.
Bu gün Biləsuvar polisinin rayonda ictimai-siyasi sabitliyin qorunub saxlanılması, cinyətkarlığa qarşı mübarizədə apardığı səmərəli və gərgin fəaliyyəti sakinlərin tam təhlükəsiz fəaliyyət göstərməsinə xidmət edir. Təqaüd yaşları çatdıqdan sonra estafeti gəncliyə etibar edən veteran polislərimiz gənc əməkdaşların peşə vərdişlərinin artırılmasında, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşdırılmasında, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsinin vacibliyinin izah olunmasında və digər bu kimi tədbirlərin həyata keçirilməsində yaxından iştirakı edirlər. İçtimai işlərinin təşkilində və ictimai qurumların fəaliyyətində, həmçinin təhsil müəssisələrində “Mənim polisim məni qoruyur” mövzusunda təbirlərdə yaxından iştirak edirlər.
Bütün bu kimi işlərə öz töhvəsini verən qocaman polis Ağasəfər Yadulla oğlu Allahverdiyevin mənalı ömür yolu, zəngin təcrübəsi mövcud çatışmazlıqların aradan qaldırılmasında əhəmiyyətlidir. ... O, 1949-cu ildə Fioletofka ( indiki Çaylı) kəndində anadan olub, qonşu Ağayrı kəndində orta məktəbi başa vurub. Almaniya Demakrativ Respublikasında həqiqi hərbi xidmətdə olarkən nümunəvi xidmətinin qiymətləndirilməsini gələcək uğurların təməli hesab etmək olar; Fəxri Fərman və Diplomlar, “Lenin anadan olmasının 100 illiyi medalı”... . Və sejant rütbəsi ilə ordudan təxris olunub.
Bir müddət mexaniki suvarma idarəsində calışan Ağasəfər Allahverdiyevi qəlbində sahib olmaq istədiyi peşə haqqında istək rahat buraxmırdı. ... Tezliklə verdiyi imtahanların uğurlu nəticəsi, 1971-ci ildən Biləsuvara RPŞ-də sıravi pols nəfəri kimi fəaliyyətini davam etdirməyə imkan verir. Nümunəvi xidməti onu vaxtından öncə, 1975-ci ildə Bakı şəhərində,
N.K.Rzayev adına xüsusi milis məktəbində təhsil almağa gətirir. İdmançı cüssəli gənc Ağasəfərin “sanbo” idman növü iştirak etdiyi yarışlarda göstərdiyi uğurlu nəticələr, burada ona məşqci-müəllim vəsiqəsinə sahib cıxmağa da imkan verir.
1977-ci ildə polis məktəbini fəqlənmə diplomu ilə başa vurub, fəaliyyətində öncüllər srasında olmağı düşünən A. Allahverdiyevin ilk zabitlik təyinatı Sabirabad rayon Milis Şobəsindəsahə inispektorluğuna verilir. Burada işlədiyi müddətdə, cinayətə və cinayətkarlığa qarşı uğurlu, cəsarətli mübarəsi onu ictimaiyyət arasında nüfuz sahibi edir.
1981-ci ilin avqustunda öz doğma rayonuna təyinat alan Ağasəf müəllim Puşkin rayon Milis Şöbəsində saha insispektoru, daha sonra baş sahə inspektoru kimi çalışır. 1990-cı idə ona həvalə olunan, İçtimai Təhlükəsizlik Bölməsinin rəisi vəzivəsində 1999-cu ilə, təqaüd vaxtınadək uğurla icra etmişdir.
Ağasəfər Allahverdiyevin arxivinə nəzər saldıqda, əməli fəaliyyətində təsdiqini tapan zəngin faktalarla qarşılaşırsan. SSR Daxili İşlər Nazirinin əmri ilə rayonda ilk dəfə mayor rütbəsi alması qürurvericidir. “Qüsursuz Xidmətinə Görə” ( 1, 2 və 3-cü dərəcəli) medalların hər birinə layiq görülüb. Rayon partiya komitəsinin, Zaqfqaziya Hərbi Dairəsinin fəxri fərmanları və əlacı sərhədçi döş nişanları ilə təltif olunub.
Qarabağ müharibəsi veteranı olan Ağasəfər əmiylə söhbət zamanı hələ gənc yaşlarında onun foramalaşmasında əməyi olanları məmnunluqla xatırlayır: “ Ağabala Dəmirov, Azad Rəhimov, Xannayıb Rəhimov, Barat Mehdiyev, Murad Salmanov kimi məğrur polislərimizin xidməti mənim gələcək fəaliyyətimdə nümunə olmuşdur.” Onunla söhbətimiz, cox illər bundan öncə xidməti vəzifəsini yerinə yetirərkən xatirələrə qaytardı. Qəhrəmanımızın peşəsinə olan sonsuz sevgisi cətin əməliyyatlarda həyat təhlükəsi üz-üzə qalmasını belə unutdurub... .
Sərraf Gülağa oğlu Höccətov- Bu ad Biləsuvarda coxlarına tanışdır. Yaşadığı mənalı ömür yolu, zəngin həyat təcrübəsi onu 70-ə gedən ömür yolunda elinin, obasının məsləkdaşı statusuna yüksəldib. Sadə zəhmətlə mayası yoğrulan mərhum Gülağa kişinin ailəsində 6 oğul övladından Sərrafın gələcəkdə polis olmaq həvəsi məktəbli olarkən yaranmışdır. Orta məktəbi 1972-ci ildə başa vurub ordu sralarına yollanır, hərbi xidmətini qurtarıb mexaniki suvarma idarəsinə işə göndəriləndə elan etmişdir ki, burada çalışmaq mənim üçün müvəqqətidir!.
...1975-cı ilin oktabrıdır. Biləsuvar RPŞ-də baş inispektor vəzifəsinə təyinat alan Sərraf Höccətov nümunəvi, işgüzar fəaliyyəti ilə qısa müddətdə kollektivdə ad çıxarır. 1976-cı ilin oktyabr ayından Biləsuvar RPŞ-in baş pasportist vəzivəsinə qəbul olunur. Bu həmin vaxtlar idi ki, siyasi reforman olan-köhnə SSR nümunəli pasportların dəyişdirilirdi... Sözügedən prosesin fəal iştirakçı olması qiymətləndirilərək manqa komandiri vəzifəsinə irəli çəkilmişdir. Təşkilati işlərin də kamil bilicisi olması rayonda əhalin siyahıya alınması ilə əlaqədar kecirilən konpaniyalar ( 1979, 1989, 1999, 2009-cu illərdə) etibar olunmuşdur. Məhz əhalinin ilk siyahıya alınmasında fəal iştirakına görə, SSR nazirlər sovetinin sədrinin imzası ilə təşəkkür edilib.
Gənc, yüksək enerjiyə malik olan Sərraf Höccətovun fəallığı rəhbərliyin diqqətindən yayınmamış, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən orta və kiçik rəis hazırlayan kursunda təhsilə göndərilmişdir. Biləsuvar RPŞ-də sıravi heyətə peşə hazırlığında təlimlər kecirilməsində yaxından iştirak etmişdir. 1988-1993-cu illərdə, Qarabağ müharibəsinin döyüş əməliyyatlarının iştirakcısı olan Sərrəf Höccətov Qarabağ müharibəsi veteranıdır.
O, 1990-cı illərin əvvələrində respublikamızda hakimiyyətsizlik səbəbindən Biləsuvarda da quldur dəstələrinin fəaliyyətindən, polisin belə ünsülərə qarşı apardığı amansız mübarizədən xatirələri yada salarkən vurğuladı ki, Heydər Əliyev fonemenin hakimiyyətə qayıdışı sayəsində xalqımız öz dövlət müstəqilliyini möhləmlədə bildi. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi hərtərəfli islahatların nəticəsi olaraq, Azərbaycan polisi peşəkarlığını artırma
uyğunlaşdırılıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanı, o cümlədən Azərbaycan polisi bu gün də insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır.
2004-cü ildən, yaşa görə təqaüdə çıxan Sərraf Höccətov, yene də əməli fəaliyyəti ilə dövlətə və insanlara dəsdək olmağa çalışıb. Müqavilə ilə pasport xidmətində fəaliyyət göstərib, 66 saylı Secki Dairəsinin seçki məntəqəsində katib kimi çalışır. İşlədiyi dövrdə nümunəvi xidmətinə görə 1,2 və 3-cu dərəcəli “Qüsursuz Xidmətə Görə Medal”ları ilə təlltif olunub.
Hal-hazırda, Biləsuvar RPŞ-nin gənc polis əməkdaşlarının hüquqi yardımçısıdır. Xidmətdə olan olan gənc polislərə verdiyi tövsiyələrilə nümunəvi xidmətə ruhlandırır. Polis xalqın güzgüsüdür deyən S.Höccətov xalqın hüququnun, əmlakının mühavizəsində onları ayıq-sayıq olmağa çağırır.
“Biləsuvar info”



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan