
bilesuvarinfo.az xəbər verir ki, o, 2001-ci ilin aprelin 23-də Biləsuvar şəhərində anadan olub. Biləsuvar şəhər Nizami adına 1 saylı tam orta məktəbi bitirib. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb. Cəbhənin Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə ximətini başa vurmağa sayılı günlər qalmış 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsinə Rüstəm də həmin istiqamətdən qatılır. Qorxmaz, cəsur döyüşçü illərdi gözlənilən hücum əmrinə sanki susamışdı.
İri çaplı pulemyotlardan istifadə edən manqa komandiri Rüstəm Kəlbəcər istiqamətində (Gülüstan kəndindən) döyüşlərə başlayır. Düşmənin 30 il müddətində qurduğu keçilməz istehkamları yarmaq nə qədər çətin olsa da, aldığı əmrlə özü kimi rəşadətli manqası qısa zamanda bu sədləri aşıb keçir. Yeni mövqelərdə möhkəmlənən taborları Talış kəndi istiqamətdə düşmənə məğlubiyyət yaşadır. Murovdağda, Suqovuşanda, Kəlbəcərin "Kəhillər xarabalığı" uğrunda həllədici döyüşlərdə Rüstəm sərrast pulemyot atışları ilə xüsüsi rəşadətlər göstərib.
Ali Baş Komandan tərəfindən imzalanan müvafiq sərəncamlarla "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunan Rüstəm ötən gün (2 aprel) tərxis olunaraq doğmalarının yanına - doğulduğu Biləsuvar şəhərinə qayıdıb.
Qeyd edək ki, qəhərəmanımızın atası Rafiq Müqabil oğlu Teymurov da 1-ci Qarabağ müharibəsində fədakarlıq göstərən döyüşçülərdəndi. 2-ci qrup Qarabağ əlilidir. Leytenant R.Teymurov xüsusi bacarıqlarına görə, müstəqilliyimizin ilk illərində Türkiyəyə göndərilən hərbiçilərdəndir. Orda artilleriya üzrə 3 aylıq topçu kursunu bitirib. Top komamdiri kimi, 1992-1995-ci illərdə Fizuli istiqamətində uğurlu döyüş əməliyyatlarının iştirakçısı olub.
Surxay Şahbazov
Baş redaktor

