» » » Şəhid Hüseyn Zeynal oğlu Dəmirli


Şəhid Hüseyn Zeynal oğlu Dəmirli


Hüseyn Dəmirli 1993-cü ilin 4 avqust günündə Biləsuvar şəhərində anadan olub. 2011-ci ilin 6 oktyabr günündə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Hüseyn Dəmirli nümunəvi əsgər kimi hərbi hissə rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif edilib. Hüseyn Dəmirli 2013-cü ildə hərbi xidmətini başa vursada 2014-cü ildə yenidən könüllü olaraq Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başladı.

Kiçik çavuş Hüseyn Dəmirli 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Hüseyn Dəmirli doğulduğu Biləsuvar şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Dəmirli uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Hüseyn Dəmirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan