» » Ermənistanda seçki qabağı hakimiyyətə gələ biləcək namizədlərin cəfəngiyyat ehtimalları gündəmə gəlib


Ermənistanda seçki qabağı hakimiyyətə gələ biləcək namizədlərin cəfəngiyyat ehtimalları gündəmə gəlib



     "Bilesuvar.İnfo" xəbər verirki Milli Məclisin Deputatı Bəhruz Məhərrəmov facebook sosial şəbəksində status yazaraq bildirmişdir ki, Ermənistanda seçki ab-havası gücləndikcə, hakimiyyətə gələ biləcək yeni qüvvənin 10 noyabr bəyanatından imtina edə biləcəyi barədə yalnış və əsası olmayan ehtimallar gündəmə gətirilməkdədir. Əvvəlcə ondan başlayaq ki, 10 noyabr 2020-ci ildə Azərbaycan Ermənistanı danışıqlarla yox, hərbi yolla kapitulyasiya sənədini imzalamağa vadar edib. 27 sentyabr əks hücum və hərbi əməliyyatlara qədər isə Prezdent İlham Əliyev proses üçün beynəlxlaq hüquqi baza və əhəmiyyətli zəmin hazırlamışdı. 


     Təsadüfi deyil ki, dünyanın ən iri təşkilatlarının demək olar ki, hamısı Dağlıq Qarabağ münaqişəsi fonunda beynəlxlaq hüquqa uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq Qarabağın Azərbaycanın ərazisi olduğunu qəbul etmiş, Ermənistanı isə bir başa və dolayı yolla təcavüzkar kimi tanımışdı. Yəni, 10 noyabr bəyanatı yalnız Azərbaycanın hərbi gücünün yox, eyni zamanda Prezident İlham Əliyevin 17 illik beynəlxlaq hüquqi fəaliyyətinin məntiqi yekunu olmaqla əhəmiyyətli beynəlxlaq sənəddir və bu sənədin şərtlərinə əməl etmək Ermənistan üçün beynəlxalq öhdəlikdir. Bir sözlə, Ermənistan istəsə belə, 10 noyabr bəyanatının şərtlərini icra etməkdən yayına bilməz, bu  beynəlxlaq hüququn prinsiplərinin pozulması olar. İkinci bir məqam, 44 günlük müharibədə Azərbaycanın hərbi gücünü tək Ermənistan yox, müttəfiqləri də gördü. Bu mənada, Azərbaycanın Ermənistanı nəinki, 10 noyabr bəyanatına sadiq qalmağa vadar etməyə, hətta İrəvanın üzərinə əlavə öhdəliklər qoymağa kifayət qədər güc və imkanı var. Yəni, Ermənistanda seçkilər, prosesdən kimin qalib çıxması, kimin iqtidara gəlməsi bölgədə  Azərbaycanın diqtə etdiyi reallığı dəyişə bilməz və dəyişməyəcək də.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR