» » Prezidentə dəstək məktubu-Ağazadə Elşən Mirilham oğlu


Prezidentə dəstək məktubu-Ağazadə Elşən Mirilham oğlu


    Hörmətli cənab Prezident,

    Bəşər tarixinə qanla yazılmış səhifələrdən biri olan Xocalı soyqırımı ilk dəfə hüquqi qiymətini ümummilli lider Heydər Əliyev tərəfindən aldı, sonradan Sizin siyasi iradənizin, əzminizin sayəsində bütün dünyada tanıdılıb.

    Cənab Prezident, Xocalı soyqırımının anım günündə yerli və xarici KİV nümayəndələri ilə təşkil etdiyiniz konfransı Sizin rəhbərliyinizlə dövlətə və dövlətçiliyə, xalqımıza xidməti əsas amal seçən bir gənc olaraq çox diqqətlə dinlədim. Verilən suallara ətraflı və tutarlı cavablarınızla bütün siyasi iradənizi, əzmkarlığınızı bir daha ortaya qoyaraq dövlətimizə və xalqımıza qarşı yönəlmiş sual adı altında formalaşdırılmış ittihamları dəf etdiniz.

    Cənab Prezident, biz gənclər Sizin ətrafınızda sıx birləşmişik. 44 gün ərzində bütün dünyaya sübut etdiniz ki, Azərbaycan qüdrətli dövlətdir, Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil və lazım gəldikdə münaqişələri müharibə yolu ilə də həll etməyə qadirdir. Sizin siyasi iradənizin nəticəsidir ki, bu gün Azərbaycan bütün dünyada yüksək mövqeyə və nüfuza sahibdir.
 
    Biz Sizinlə fəxr edirik. Sizin rəhbərliyinizlə bundan sonra da çiçəklənən, inkişaf edən Azərbaycanın rifahı üçün çalışacağıq. Sizə təşəkkür edirəm, Müzəffər Ali Baş Komandanımız.

       Hörmətlə,
       Ağazadə Elşən Mirilham oğlu
       Azərbaycan Respublikası, Biləsuvar rayonu.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR