» » Elmin inkişafında misilsiz xidməti olan professor-Ağayar Şükürov


Elmin inkişafında misilsiz xidməti olan professor-Ağayar Şükürov

     Professor Ağayar Şükürov 25 mart 1946-cı ildə Biləsuvar rayonunun Əmənkənd kəndində anadan olmuşdur. Orta məktəbi doğulduğu kənddə 1963-cü ildə bitirmişdir. Elə həmin il Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1967-ci ildə həmin fakültəni bitirmişdir. 1971-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında oxumuşdur.

     1975-ci ildə fəlsəfə elmləri namizədi, 1989-cu ildə isə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır. 1990-cı ildən Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərmişdir. Əsasən fəlsəfə və din tarixi, mifologiya, mədəniyyət və ekoloji problemlərin tədqiqi ilə məşğul olmuşdur. Onun 30-a qədər kitabı, 330-dan artıq elmi məqaləsi çapdan çıxmışdır. O, 2 elmlər doktoru, 25 elmlər namizədi yetişdirmişdir.
4 mart 2003-cü ildə Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü, akademiki seçilmişdir.

    8 noyabr 2008-ci ildə vəfat etmişdir. Allah rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan