» » Rusiya XİN-dən Qarabağdakı Birgə Mərkəzlə bağlı - Açıqlama


Rusiya XİN-dən Qarabağdakı Birgə Mərkəzlə bağlı - Açıqlama


"Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün ortaq Rusiya-Türkiyə Mərkəzinin yaradılması qarşılıqlı məqbul həll yollarının əldə edilməsi üçün lazımi şərait yaradıb".

"Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bu gün yayımladığı 2020-ci il üçün Xarici Siyasət icmalında qeyd olunub. Bildirilib ki, Dağlıq Qarabağda və ona bitişik bölgələrdə vəziyyət sabitləşib, bu isə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün fəaliyyətə başlamağa imkan yaradıb.

"Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Ankara ilə ortaq Rusiya-Türkiyə Mərkəzinin yaradılması barədə razılıq, zorakılığa son qoyulması, Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və dəstəklənməsi istiqamətində qarşılıqlı məqbul həll yollarına şərait yaradıb",- deyə sənəddə qeyd olunub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan