» » Biləsuvarda traktorla yük avtomobili toqquşub, xəsarət alan var


Biləsuvarda traktorla yük avtomobili toqquşub, xəsarət alan var


"Qafqazinfo" xəbər verir qəza hərəkətdə olan traktorun dairəvi yoldan "Mercedec Ateko" markalı ( 99 kd 316 seriyalı) yük avtomobilinin hərəkət zolağına çıxması səbəbindən baş verib.

Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Qəzanın zərbəsindən traktorun sürücüsü - Füzuli rayonu Kürmahmudlu kənd sakini, 1983-cü il təvəllüdlü İmankişiyev Ceyhun Vilayət oğlu baş nahiyyəsindən yüngül travma alıb. O, Biləsuvar rayon Mərkəzi xəstəxanasına çatdırılıb. 

Yük avtomobilini idarə edən Lənkəran rayon Şuğlaküçə kənd sakini, 1971-ci il təvəllüdlü Əliyev Sücayət Ramazan oğlu qəzada hər hansı bir xəsarət almayıb. 

Surxay Şahbazov
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan