» » Deputat Bəhruz Məhərrəmova məktub - Şəhid anası Rəfiqə xanım Əliyeva


Deputat Bəhruz Məhərrəmova məktub - Şəhid anası Rəfiqə xanım Əliyeva


    "Bilesuvar.İnfo" xəbər verirki, Şəhid Pərvin Əliyevin anası Rəfiqə xanım Əliyeva bu gün Biləsuvar İnfo saytının təsisçisi ilə şəxsən əlaqə saxlayaraq öz əli ilə yazdığı məktubu təqdim edərək saytda işıqlandırılıb ictimailəşdirilməsini və saytın vasitəsilə məktubu Deputat Bəhruz Məhərrəmova çatdırılmasını istəyib.
    Sayt administrasiyası bu məktubun əl-yazmasını Deputat Bəhruz Məhərrəmovun rayondakı ofisinə şəxsən təqdim edəcəkdir.
Şəhid anasının məktubu

    Mən bu sətirləri yazmaqla hər zaman öz seçicilərinin yanında olan, onların qayğıları, problemlərilə maraqlanan və hər hansı bir problemi tez bir zamanda aradan qaldırmağa çalışan Millət Vəkili Bəhruz Məhərrəmova öz minntədarlığımı bildirmək istəyirəm. 
    Az bir müddət ərzində Milltət Vəkili Bəhruz müəllim Biləsuvar seçicilərinin hörmət və rəğbətini qazanmışdır. O, mütəmadi olaraq rayon sakinləri ilə görüşür, onların arzu və xahişlərini yerinə yetirməyə çalışır. Onu tez-tez şəhid ailələrinin yanında görürük. O, doğma bir övlad kimi şəhid analarının dərdinə şərik olur, və daim onların yanında olacağını bildirir.
    Mən Biləsuvar rayonunun ictimaiyyəti tərəfindən Millət Vəkili seçilən və Milli Məclisdə rayonumuzu təmsil edən Bəhruz müəllimə bu şərəfli işində uğurlar, nailiyyətlər və can sağlığı arzulayıram.

      Hörmətlə: Rəfiqə Əliyeva
                  Şəhid Pərvin Əliyevin anası

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan