» » Seçicilərimi yerində dinləmək üçün Nəsimikənddə oldum - Deputat Bəhruz Məhərrəmov


Seçicilərimi yerində dinləmək üçün Nəsimikənddə oldum - Deputat Bəhruz Məhərrəmov

      Seçicilərimizlə aylıq görüş çərçivəsində vətəndaşları yerində dinləmək üçün Biləsuvar rayonunun Nəsimi kəndində olduq, kəndin küçələrini gəzib vətəndaşlarla görüşdük. Həyat varsa təbii ki, problem də var. Nəsimikənd də bu qəbildən. Kənd sakinləri iddia edir ki, texniki su onlara içməli su qiymətinə satılır, habelə, suyun qiymətləri onları qane etməyən formada hesablanır və nəticədə əsassız borc yığılır. 

      Məsələni Azərsu rəsmiləri ilə müzakirə edəcəyəm. Həmçinin, kəndi iki hissəyə bölən Biləsuvar-Bəhrəmtəpə yolunda avtomobillərin həddə əməl etməməklə sürətlə hərəkəti kənd sakinlərini narahat edir və sakinlər yolun kənddən keçən hissəsində sürət həddinə nəzarət edən radar sisteminin qurulmasını xahiş edirlər. Bundan başqa, kəndin mərkəzi küçəsi asfalt olsa da, bir neçə küçədə yollar bərbad vəziyyətdədir. 

      Kənddə bir küçə üzrə elektrik xətlərinin olmaması yaxud, kustar üsulla xətlərin çəkilməsi davamlı olaraq elektrik enerjisi kəsintisinə və nəticədə məişət avadanlıqların sıradan çıxmasına səbəb olur, həmçinin kustar elektrik xətti insanların həyatı üçün təhlükəyə yol açır. Problemləri aidiyyatı üzrə DİN, Avtomobil Yolları Dövlət Agentliyi və Azərişıq ASC-nin rəhbərliyi ilə müzakirə edəcəyəm.

    BƏHRUZ MƏHƏRRƏMOV
    Milli Məclisin Deputatı







Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR