» » Karantin rejimi uzadıldı - Rəsmi açıqlama


Karantin rejimi uzadıldı - Rəsmi açıqlama


Nazirlər Kabineti xüsusi karantin rejiminin uzadılması və aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetinin Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarı imzalanıb. Qərarda deyilir:
“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın”.

Qərara əsasən, aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;
10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;
17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;
24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;
may saat 00:00-dan 3 may saat 06:00-dək;
8 may saat 00:00-dan 10 may saat 06:00-dək;
15 may saat 00:00-dan 17 may saat 06:00-dək;
22 may saat 00:00-dan 24 may saat 06:00-dək;
29 may saat 00:00-dan  31 may saat 06:00-dək
Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan