Yol və səkilər qardan təmizlənilib » Yerli İnformasiya Agentliyi
» » Yol və səkilər qardan təmizlənilib

Yol və səkilər qardan təmizlənilib

Bu gün səhər saatlarından etibarən Biləsuvar Kommunal Kommunal Müəssisələri kombinatı aidiyyəti qurumlarla birgə, gücləndirilmiş iş rejimində yağan qarın küçə, prospekt və piyada səkilərindən təmizlənməsini aparıblar.

Biləsuvar Rayon İcra Hakimiyyətindən “Bilesuvarinfo”ya bildirilib ki, sakinlərin təhlükəsiz hərəkəti üçün  qarın təmizlənilməsi həyata keçirilib : "İşlər səhər saat 05:00-dan etibarən daha da intensivləşib. Bütün gecə ərzində aidiyyəti qurumların  rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar. Avtomobillərin və piyadaların hərəkəti üçün problem müşahidə olunmayıb. "

Qeyd edək ki, mərkəzi küçələrlə yanaşı, əhalinin rahatlığı üçün,  rayonun təhsil, mədəniyyət və  səhiyyə müəssisələrininin giriş və çıxışları da qardan təmizlənib. 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan