Kanalizasiya xəttində tutulma aradan qaldırıldı » Yerli İnformasiya Agentliyi
» » Kanalizasiya xəttində tutulma aradan qaldırıldı

Kanalizasiya xəttində tutulma aradan qaldırıldı

Biləsuvar şəhər, şəhid Pərvin Əliyev küçəsində kanalizasiya xəttinin tutulması sakinlərin narahatçılığına səbəb olmuşdir. 

Belə ki, çirkab suyun bir neçə kanaizasiya lükundan daşması ətrafda xoşagəlməz mənzərə yaratmışdır. Yaranan problemlə bağlı “Bilesuvarinfo”nun sorğusuna  Biləsuvar şəhər ərazi inzibati vahidi üzrə icra nümayəndəliyindən açıqlamada bildirilmişdir ki,  problem tezliklə aradan qaldırılıb: “ Təmir-bərpa işciləri tərəfindən aparılan davamlı işlər daşıyıcı kanalizasiya xəttinin tam işlək vəziyyətə gətirməyə imkan vermişdir. Kanalizasiya lükları təmizlənəlkən bəzi vətəndaşların hələ də məişət və təsərüfatdan çıxan tullantıların lüklara atması aşkar olunub. Sakinlərin bu qanunsuz hərəkəti kanalizasiya xəttində ciddi tutulma ilə nəticələnir. Arzu edirik ki, bu vəziyyətin yenidən yaranmaması üçün bu kimi hərəkətlər təkrarlanmasın.”
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan