» » Mikroavtobusla yük maşını toqquşdu, yaralılar var - YENİLƏNİB


Mikroavtobusla yük maşını toqquşdu, yaralılar var - YENİLƏNİB

Biləsuvarda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Bilesuvarinfo"nun
məlumatına görə, bunlar Yardımlı rayon sakinləri, 1961-ci il təvəllüdlü Veysəl Xəlilov, 1977-ci il təvəllüdlü Nazim İmanov, 1956-ci il təvəllüdlü Səmədxan Abdullayev, Biləsuvar rayon sakinləri, 1996-ci il təvəllüdlü Amina Mehralıyeva, 2017-ci il təvəllüdlü İbrahim Əliyev və Sabirabad rayon sakini, 1947-ci il təvəllüdlü Sərədxan Əliyevdir. 

Faktla araşdırmalar davam etdirilir.

*** 10:51

Biləsuvarda yol-nəqliyyatı hadisəsi baş verib.

“Qafqazinfo” ya istinadən "Bilesuvarinf"o xəbər verir ki, hadisə köhnə Ələt - Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki,  ağır tonajlı yük maşını sərnişin mikroavtobusu ilə toqquşub. Hadisə nəticəsində bir neçə nəfərin ağır xəsarət aldığı vurğulanır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan