İqlim və torpaq şəraitinə uyğun əkilə biləcək yeni bitkilər müzakirə olunub » Yerli İnformasiya Agentliyi
» » İqlim və torpaq şəraitinə uyğun əkilə biləcək yeni bitkilər müzakirə olunub

İqlim və torpaq şəraitinə uyğun əkilə biləcək yeni bitkilər müzakirə olunub

Biləsuvarda  Elmi-Tədqiqat İnstitutları ilə birgə qeyri ənənəvi bitkilərin becərilməsi mövzusunda tədbir keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin  Əkinçilik, Meyvəçilik və Çayçılıq, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutlarının rəhbərlərinin dəvət aldığı tədbirdə əkinçiliklə məşğul olan yerli fermerlərin də fikirləri dinlənilib.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonda kənd təsərrüfatının inkişafından görülən işlərdən söz açıb. Sonra  Biləsuvar rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin  Quliyev  rayonun iqlimi və torpaq şəraitinə uyğun olaraq əkilə biləcək  qeyri ənənəvi bitkilər barədə ətraflı məlumat verib.
Tədbirdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı bildirib ki, institut fermerlərə daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və elmi-texniki dəstəyin göstərilməsi sahəsində yardımlar göstərə bilər. 

Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Sevinc Məmmədova  bildirib ki, qeyri-ənənəvi yem bitklərinin öyrənilməsində məqsədlərdən biri də insanların əsas qidasını təşkil edən ərzaq bitkilərinin qeyri-ənənəvi  bitkilərlə əvəz olunması və bunun hesabına ərzağa olan tələbatın ödənilməsidir.

Tədbirdə Tərəvəzçilik Elmi tədqiqat inditutunun idarə heyətinin sədri Elmar Allahverdiyev çıxışında bu sahədə qazandıqları uğurlardan və tərəvəzçilikdə məhsuldarlığın artımı ilə bağlı əldə etdikləri təcrübədən danışıb.

Görüşdə fermerlərə qeyri ənənəvi bitkilərin növləri və əkilməsi barədə slayd nümayiş olunub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan