» » Prezidentin “məcbur edəcəyik” deməsi Ermənistanı çaşdırıb – Açıqlama


Prezidentin “məcbur edəcəyik” deməsi Ermənistanı çaşdırıb – Açıqlama


Xəbər verdiyimiz kimi, martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib.Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Dövlət başçısının çıxışı ölkəmizdə olduğu kimi, Ermənistanda da diqqətlə dinlənilib.

Dövlət başçısının “ İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq” fikirləri qonşu ölkənin mediasında müzakirələrə səbəb olub. Açıqlama ölkəni çaşqın hala gətirib.

Politoloq Eldar Namazov Bizimyol.info-ya verdiyi açıqlamda söyləyib ki, Azərbaycan Prezidentinin bu “məcbur edəcəyik” kəlməsi qonşu ölkədə rezonans doğurub. Ümumiyyətlə, orada Prezidentin hər kəlməsi müzakirə mövzusuna çevrilir, amma İlham Əliyevin bəzi fikirləri daha böyük rezonans foğurur.

“Azərbaycan Prezidenti dedi ki, biz onları məcbur edəcəyik. Bu söz Ermənistanda böyük ajiotaja səbəb olub. Ermənistan mətbuatında indi bu ən müzakirə olunan məsələdir. Analar daha övladlarını Qarabağa göndərmək istəmirlər. Bu fikirləri kontekstdən çıxaran bəzi media orqanları deyir, Azərbaycan ordusu Zəngəzura girəcək, bəziləri deyir Türkiyə ordusuna birləşib üstümüzə gələcəklər. Güclü panika içərisindədirlər. Qoy olsunlar.

Əslində məsələnin məğzi bundan ibarətdir ki, biz qalib ölkə olaraq iqtisadi təzyiq alətlərindən rahatlıqla istifadə edib Ermənistanı yola gətirə bilərik. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda dəhlizlərlə bağlı maddə var. Bu maddələrdən birində Laçın və Zəngəzur yollarının açılmasından söhbət gedir. Ümumiyyətlə, Sazişdə hansısa bənd yerinə yetirilməsə, bu onun pozulması deməkdir və Putinin dediyi kimi Ermənistan özünə sui-qəsd etmiş olacaq.

Azərbaycan tərəfinin böyük imkanları var. Azərbaycan Prezidenti “məcbur edərik” deməklə nə demək istədi? Ermənistan tərəfi Zəngəzur dəhlizinə problem yarats, biz də Laçın dəhlizinin işini dayandıra bilərik.

Hərçənd Zəngəzur dəhlizi Ermənistanın elə özü üçün də kommunikasiyaların açılması deməkdir, inkişaf deməkjdir. Azərbaycan üçünsə strateji əhəmiyyət kəsb edir. Eyni zamnda Avrasiya və region üçün böyük əhəmiyyətə malikdir”,- deyən ekspert Azərbaycan Prezidentinin irəliyə hesablanmış pranları barədə danışarkən bunları söylədi:

“Bəzən sual qoyulur. Şəxsiyyət tarixi yaradır, yoxsa tarix şəxsiyyəti. Mən deyərdim biz şəxsiyyətin tarix yazmasına öz gözlərimizlə şahid olduq. İlham Əliyev bunu bacardı, yeni tarix yazdı. Rusiya imperiyası Zəngəzuru Ermənistana verməklə əslində türk dünyasını parçalamağı nəzərdə tutmuşdu. İndi bu dəhliz türk dünyasını, Azərbaycanla Türkiyəni yenidən birləşdirir. Dəhlizin işə düşməsində Rusiya da, Türkiyə də bizim qədər maraqlıdır. 6 tərəfli əməkdaşlıq platformasında iştirak edən dövlətlərin hamısı buna maraq göstərir. Azərbaycan bu gün böyük İpək yolunun üstündədir. Dünyada önəmli yer tutan Çindən başlayan dəmir yolu buradan keçəcək. Buradan daşınacaq yüklərin trafikini, həcmini nəzərə alsaq, bizim böyük iqtisadi dvidendimiz olacaq. Ölkələr bir-birlərini heç də həmişə döyüşlə fəth etmirlər. İqtisadiyyatı güclü olan ölkələr diktə etməyə başlayırlar. Biz savaşın bizə vurduğu yaraları iqtisadi cəhətdən güclü dövlət olmağımızla sağaltmağı hədəfləyirik”,- deyə politoloq bildirib.

   İlhamə Rəsulova


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR