» » 3 gün bu rayonlarda qaz olmayacaq – Xəbərdarlıq


3 gün bu rayonlarda qaz olmayacaq – Xəbərdarlıq

Azərbaycanın cənub rayonlarında və Biləsuvarda 3 gün təbii qaz olmayacaq.

"Bilesuvarinfo" xəbər verir ki, bu barədə “Azəriqaz” rayon icra hakimiyyətlərinə xəbərdarlıq göndərib.

SOCAR-ın Qaz ixrac idarəsindən Biləsuvar rayon İcra Hakimiyyətinə daxil olmuş məlumata əsasən Dövlət proqramı çərçivəsində təbii qaz həcminin qəbul edilməsini, əhaliyə fasiləsiz və təhlükəsiz çatdırılmasını təmin etmək üçün “Astara-Qazməmməd” magistral qaz kəmərində aparılan təmir və yeni çəkilmiş boru hissəsinin mövcud qaz kəmərinə qoşulması işlərinə görə 13-15 dekabr 2022-ci il tarixlərində, 3 gün müddətinə respublikanın cənub rayonlarına, o cümlədən Biləsuvar rayonuna verilən təbii qazın verilişi dayandırılacaqdır.
 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR