» » Evdə yıxılan qadın vəfat edib


Evdə yıxılan qadın vəfat edib

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

"Bilesuvarinfo" 
xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1962-ci il təvəllüdlü qadın yaşadığı evdə yıxılaraq sınıq xəsarətləri alıb. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qadına xəstəxanada tibbi yardım göstərilən zaman keçinib.

"Bilesuvarinfo"nun sorğusuna cavab olaraq, rayon mərkəzi xəstəxanasından bildirilib ki, qadın infarkt keçirərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR