Gömrük işçiləri Qarabağ zəfərinin ikinci ildönümü qeyd edib » Yerli İnformasiya Agentliyi
» » Gömrük işçiləri Qarabağ zəfərinin ikinci ildönümü qeyd edib

Gömrük işçiləri Qarabağ zəfərinin ikinci ildönümü qeyd edib

Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin kollektivi tərəfindən Qarabağ zəfərinin ikinci ildönümü qeyd olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Bilesuvarinfo" verilən məlumata görə 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir Biləsuvarda keçirilib. 

Şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarının da qatıldığı mərasim iştirakçıları rayonda Şəhidlər xiyabanını ziyarət edib. Ümummilli lider Heydər Əliyevin büstü qarşısına gül dəstələri düzərək, xatirəsi anılıb.

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində davam edən  tədbirdə  Dövlət Himnimizin səsləndirilib və  şəhidlərin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilərilməsindən, 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən bəhs edib.

Sonra 8 Noyabr - Zəfər Gününə həsr olunan videoçarx nümayiş etdirilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan