Azərbaycanın növbəti uğurlu diplomatik görüşü- Soçi görüşü » Yerli İnformasiya Agentliyi
» » Azərbaycanın növbəti uğurlu diplomatik görüşü- Soçi görüşü

Azərbaycanın növbəti uğurlu diplomatik görüşü- Soçi görüşü

Məlum olduğu kimi, oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfər edib. Keçirilən həm ikitərəfli, həm də üçtərəfli görüşlərin nəticələri bir daha sübut edir ki, Azərbaycan milli maraqları Prezident cənab İlham Əliyev üçün hər bir məsələdən öndədir. Ölkə başçısı Rusiya Prezidenti ilə görüş zamanı bildirdi ki, artıq Qarabağ münaqişəsi iki il bundan öncə başa çatıb və qarışda dayanan məsələ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün praktiki addımların atılmasıdır. Bu məsələdə isə Rusiyanın vasitəçiliyi, eləcə də keçirilən ikitərəfli görüşlər dinamikliyi kifayət qədər artırır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün ölkəmizin 5 prinsip irəli sürdüyünü diqqətə çatdıran Prezident cənab İlham Əliyev bu prinsiplərin beynəlxalq hüquqa əsaslandığını vurğuladı. Məhz bu prinsiplər əsasında münasibətlərin normallaşdırlmasına nail olmaq mümkündür.

Hər zaman olduğu kimi Soçi görüşü də Azərbaycanın diktəsi ilə keçdi. Görüş zamanı ATƏT-in Minsk qrupunun adı çəkilmədi, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlədilmədi və status məsələsinə toxunulmadı. Eyni zamanda Prezident İlham Əliyev qətiyyət və iradə nümayiş etdirərək bir daha Azərbaycanın haqlı mövqeyini bəyan etdi. Bu görüşdə də Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu.  

Dörd saata yaxın davam edən görüşün yekunu olaraq qəbul edilən birgə bəyanatda Azərbaycanın mövqeyi tam şəkildə əks olundu. İmzalanmış sənəddə əks olunan məqamlara əsasən əminliklə demək olar ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olub və üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Bəyanatda Qarabağ ifadəsinin olmaması da rəsmi Bakının Soçi görüşündə qarşısına qoyduğu bütün məqsədlərə tam nail olduğunu göstərmiş oldu. Bəyanatdan aydın olur ki, Azərbaycanın maraqlarına zidd heç bir məsələ yoxdur. Bəyantda əsasən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması nəzərdə tutulub ki, bunun üçün də beynəlxalq hüquq və normalara sadiqlik əsas götürülür. Belə ki, münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq edilmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır. Ümumiyyətlə, Azərbaycan hər zaman beynəlxalq hüquq və normalara sadiqlik nümayiş etdirir. Çünki ölkəmiz Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasında maraqlıdır. Soçi Bəyanatında da Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olunur. 

Ermənistanın bir sıra iddialar səsləndirməsi isə bu bəyanatın nəticəsi olaraq puç oldu.  Rusiyalı həmkarı ilə dövlət başçımızın keçirdiyi görüş, imzalanan sənədlər Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə hərb meydanında olduğu kimi, sülh meydanında – diplomatiya stolunun ətrafında da fəaliyyətinin uğurlu nəticəsi, qələbəsi kimi qiymətləndirilməlidir.

Samir Ağayev 

YAP Biləsuvar rayon təşkilatının əməkdaşı.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan