» » Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin Gənc Könüllüləri xanım sakinləri təbrik etdilər -Şəkillər


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin Gənc Könüllüləri xanım sakinləri təbrik etdilər -Şəkillər


     Bugün dünyada qadınlara xüsusi ehtiramın göstərildiyi gündür. Son dövrlərdə ölkəmizdə, həmçinin rayonumuzda da qadınlar müxtəlif sahələrdə aktivlik göstərərək ictimai həyatda fəal iştirak etməkdədirlər. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyi də bütün fəaliyyətlərinə xanımları cəlb etməyə və onların özlərini ifadə etməsində maraqlıdır. Xanım könüllülərimiz müxtəlif təlim, tədbir və layihələrdə aktiv iştirak etməkdədirlər.

     Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin Gənc Könüllüləri öz növbəsində hər il olduğu kimi bu il də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə rayonumuzun xanım sakinlərinə gül dəstəsi hədiyyə edərək onları sevindiriblər. Əlbəttə ki, xanımlarımız göstərilən bu diqqətə layiqdirlər. Onların üzlərində gülüş yaratdığımız üçün biz də özümüzü xoşbəxt hiss edirik. Müstəqil dövlətimizin müstəqil, bərabərhüquqlu, çalışqan, zəhmətkeş, inkişafda olan, çalışdığımız müddətdə fəaliyyətlərimizə əmək və rəng qatan xanımlar, biz də bu gün münasibətilə sizi səmimi qəlbdən təbrik edir, can sağlığı və ailə səadəti arzulayırıq!

    Əziz xanımlar, sizi su qədər təmiz, həyat qədər canlı, çiçək qədər təravətli və gözəl qalmağınız arzusu ilə bir daha təbrik edirik!

            Səbinə Hüseynzadə
            Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin direktoru 




Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR