» » Biləsuvar DAİM-in kollektivi xanım əməkdaşlarını təbrik etdi.


Biləsuvar DAİM-in kollektivi xanım əməkdaşlarını təbrik etdi.


      Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Mərkəzin direktoru Nurəddin Quliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan qadını tarix boyu müqəddəs ana adını uca tutmaqla müdrikliyi, işgüzarlığı, saflığı və mübarizliyi ilə keçmişimizə parlaq səhifələr yazmışdır. Ölkəmizin ictimai-siyasi, mədəni həyatında olduğu kimi kənd təsərrüfatı sahəsində də fəal iştirak etmişdir. Azərbaycan qadını arxa cəbhədə olduğu kimi torpaqlarımızın işğaldan azad olnması uğrunda gedən döyüşlərdə də böyük şücaət göstərmişdir.
      Mərkəzin direktoru Nurəddin Quliyev kollektiv adından xanım əməkdaşları "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə təbrik edərək, onlara xoş arzularını bildirdirdi. Sonda direktor xanımlara bayram hədiyyələrini təqdim etdi.

       Rəşadət Əskərov
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR