Biləsuvarda ilk Zəfər forumu keçirilib - Foto, Video » Yerli İnformasiya Agentliyi
» » Biləsuvarda ilk Zəfər forumu keçirilib - Foto, Video

Biləsuvarda ilk Zəfər forumu keçirilib - Foto, Video

Bu gündən etibarən Zəfər forumlarına start verilib. 

"Bilesuvarinfo"nun
məlumatına görə, ilk forum Biləsuvar rayonunda keçirilib. 

Forum Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ibrahimovun adını daşıyan Təhsil Kompleksində baş tutub. Tədbirdə Prezident Administrasiyasının Qeyri-hökümət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Prezidentin fərdi təqaüdçüsü polkovnik AbdullaQurbani və  Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Lerik, Astara, Yardımlı və Cəbrayıl rayonlarını təmsil edən müharibə iştirakçıları, şəhid ailələri, rayon fəalları iştirak edib. 
Forum Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.
Tədbiri giriş sözü ilə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı F. Qürbətov açaraq, ilk Zəfər forumunun Biləsuvarda keçirilməsinin əhəmiyyətini qeyd edib. Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi döyüş yolundan söhbət açıb.

Prezident Administrasiyasının Qeyri-hökümət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığından danışıb. V. Quliyev bildirib ki, haqqın şanlı zəfərinə möhür vurmaq hər xalqa, hər dövlətə və hər Ali Baş Komandana nəsib olmur. 

Daha sonra Forumda iştirak edən rayonlardan gələn şəhid ailələrinin və müharibə iştirakçılarının çıxışları dinlənilib, həmçinin hərbi vətənpərvərlik mövzusunda mahnılar ifa olunub. 

Qeyd edək ki, növbəti Zəfər forumları Gəncə, Ağstafa, Qusar, Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan