» » Ağac əkmək, yaşıllıq salmaq savab iş sayılsa da.. .


Ağac əkmək, yaşıllıq salmaq savab iş sayılsa da.. .

Son illər ölkəmizdə yeni yaşıllıqların salınması istiqamətində mühüm işlər həyata keçirilib. Keçirilən yaşıllıq marafonlarında insanlar tərəfindən birlik nümayiş etdirilmiş, yeni ağaclar əkilmişdir.

“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar rayonunda ötən payiz - qış mövsümündə də yaşıllıqların salınlması istiqamətində  işlər görülüb. Xüsusilə, diqqəti çəkən ən son işlərdən - Mərkəzi park ərazisində yeni yaşıllıq zolaqlarının salınmasını göstərmək olar. Sözügedən ərazidə bu günlərdə əkilən yeni fidanlara da rast gəlmək olar. 

... Ağac əkmək savab işdir, amma ağaca qulluq etmək ondan daha çox mərhəmət və xeyirxahlıq nümunəsidir - deyilir. Ağacəkmə mövzusunda danışarkən, ötən yaxın illərdə rayon ərazisində bəzi yerlədə əkilən ağacların acınacaqlı durumu da yada düşür. Yeni Əsgərabad – Çaylı dolama avtomobil yolunda keçirilən təkrar  yaşıllıq marafonlarında əkilənlər təəssüf ki, qısa müddətdən sonra unudulmuşdur. Bu ərazidə ağacqlara qulluq göstərilmədi, yağış suyuna möhtac qaldı, yaz-yay aylarında isə böyük əksəriyyəti susuzluqdan qurudu.  İndi  KİV və sosial   şəbəkə arxivlərini bu iməcliklərin rəngarəng fotoları bəzəyirsə də,  ağaclardan xəbər yoxdur. Ağacəkmə marafonlarına qoşulmaq xeyirxahalıq idisə, ağaclara niyə qulluq etmir,  susundan yandırmalıyıq?. Daha diqqəti çəkən bir məqam, cari  ilin mayında  “1001 palıd" layihəsinin gənclər tərəfindən reallaşdırılmasıdr. "Müasir Gənclərin İnkişafına Dəstək" İçtimai Birliyi deyilən təşkilatın təşəbbüsü və təşkilatçılığı  ilə əkilən minlərlə palıddan, indi meydanda qalanı varmı ?.  Bu günlərdə Ağayrı kənd məktəbinin direktoru məktəb həyətində  əkilən 2500 ağacın susundan yanmaq təhlükəsindən danışıb.. .

Ətrafımızda yaşıllığı ilə bizə həyat enerjisi verən, havanı digər zərərli qazlardan, mikroorqanizmlərdən təmizləyən ağaclar bizim yaşamağımızın, oksigenlə təmin olunmamızın əsas qarantıdır. Dövlət milyonlarını xərcləyib Biləsuvar Rayon Mərkəzi Xəstəxanasını təsaslı təmirdən çıxardarkən, həyətyani sahəsində yeni yaşıllıqlar da salındı. Ancaq bura əkilən  ağaclara qulluq sanki xüsusi nəzarət və qulluq tələb edirmiş kimi, xəstəxana yenidən "qocaman" eldar şamlarına  möhtac qaldı. Çalışılmadı ki, yeni yaşıllıq zolaqları müasirləşən səhiyyə ocağının gözəlliyinə rəng qatsın. Ötən il xəstəxana həyətində keçirilən təmtəraqlı iməclikdə əkilən ağaclar yenə becərilmədi. Sanki, ağac əkib, xatirə şəkilləri çəkdirməklə iş kifayyətlənir. Baxmayaraq,  xəstəxananın suvarmada əlavə imkana malik - “Mil-muğan” kanalından xüsusi su xəttinin davamlı istismarına nail olunmaqla buradakı mənzərə tam başqa etmək olardı.. .
Bu gün, ötən mövsüm rayon ərazində keçirilən ağacənmə marafonlarında əkilən, nümunəvi qulluq sayəsində tam  inkişaf fazasını yaşamışmiş ağaclar da var. Bunu bacaran şəhid atalarıdır. Biləsuvar şəhərində qəbiristanlıq ərazisində ötən il şəhidlərin xatirəsinə əkilən 200 ağacın hər biri öz cərgəsində göz oxaşayır.

Ümid edirik ki, yaşıllıqlara qarşı davam edən bu münasibət əsaslı dəyişəcək, “əkilənlər”in yox, “becərilənlər”in sayı çox olsun. Hər il əkilən minlərlə ağacdan söz düşərkən, həmin bu ağacları da tapıb göstərə biləcəyik!..

P.S: Ata - babalarımızın qədim adətlərindən biri bağ salmaq, ağac əkmək oub. Ağac bolluq, şirinkamlıq, mehribançılıq nişanəsi hesab edilib. Yox, əgər bu adət-ənənəyə inanmırıqsa, dinimizdə yazılanlara əməl edək. Sevimli Peyğəmbərimiz Məhəmməd Peyğəmbər (s.ə.s) hədislərində buyurur ki, qiyamət qoparkən sizlərin əlində bir xurma fidanı olarsa və onu əkməyə gücü çatarsa, dərhal həmin fidanı əksin, geriyə saxlamasın. Bir kimsə bir ağac əkərsə, ağac meyvə verənə qədər onu qoruyub qulluq edərsə, bu ağacdan tökülən hər meyvə Allah qatında o kimsə üçün bir sədəqə olar.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan