» » "Prezidentin qurultaydakı çıxışı Azərbaycan üçün "yol xəritəsi" xarakteri daşıyırdı" - Deputat


"Prezidentin qurultaydakı çıxışı Azərbaycan üçün "yol xəritəsi" xarakteri daşıyırdı" - Deputat


"Yeni Azərbaycan Partiyasının 800 minə yaxın üzv ilə ölkənin ən iri, eyni zamanda proseslərə ən təsirli siyasi təşkilatı olması sirr deyil. Üstəlik iqtidar partiyası olması, qanunun icazə verdiyi bütün dövlət hakimiyyət orqanlarında təbii olaraq əsas postları YAP üzvlərinin tutması o deməkdir ki, partiya Sədri Cənab İlham Əliyev tərəfindən YAP qarşısında qoyulan tələblər və yeni yanaşma əslində ölkənin taleyüklü məsələləridir. Bu mənada Prezident İlham Əliyevin VII qurultaydakı çıxışı tək YAP üçün deyil, bütün Azərbaycan üçün "yol xəritəsi" xarakteri daşıyırdı".
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
 
B.Məhərrəmov bildirib ki, qurultayda partiyanın və dövlət aparatının qarşısında çox prinsipial istiqamətlərdə ciddi vəzifələr qoyulmaqla bərabər, həm idarəçilik, həm ideoloji, o cümlədən regional proseslərə yanaşma baxımından əhəmiyyətli kurs müəyyən edildi: “Dövlət başçısı 44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni reallığın idarə olunması, rəsmi Bakının bölgədə diqtəedici rolunun davamlılığının təmini üçün hakim partiyanı daha çevik struktura çevirdi. Prezident İlham Əliyevin qurultaydakı çıxışı 17 ilin hesabatı kimi qəbul edilə  bilər: "Dövlət başçısı ölkədə iqtisadi və maliyyə müstəqilliyimizə nail olunması, siyasi müstəqilliyin möhkəmləndirilməsi, Azərbaycanın mərkəzi həlqəsi olduğu regional və qlobal əhəmiyyətə malik enerji, nəqliyyat dəhlizlərinin və Dağlıq Qarabağ münaqişəsinin hərbi siyasi yolla həlli üçün beynəlxlaq platformada hüquqi bazanın formalaşması, ordu quruculuğu və ən vacibi isə vətən naminə canını verməyə hazır sağlam təfəkkürlü gəncliyin yetişməsini haqlı olaraq əsas nailiyyətlər kimi qabartdı. Dövlət başçısı inkişaf və tərəqqinin kökündə dayanan əsas amillər kimi milli birlik, doğru ideoloji siyasət və Heydər Əliyev fenomeninin dayanmasını, müstəqilliyin ilk illərində fərqli yol tutanların hansı aqibətlə üzləşməsi, onların hansı fəlakətlərə yol açdıqlarını konkret misallarla dilə gətirərək gənc nəslin tərbiyə edilməsində bu amillərə xüsusi yer ayrılması, tarixdən ibrət götürülməsi vəzifəsini müəyyən etdi. Eyni zamanda çıxışın məzmunu ölkə daxilində siyasi dialoq mühitinin davamı və daha da təkmilləşməsi üçün real zəminin dərinləşdirilməsi niyyətini ortaya qoymuş oldu. Prezident İlham Əliyev bu vəzifələr barədə öz fikirlərini həm partiya üzvləri, həm Azərbaycan xalqı ilə bölüşərək bütün siyasi qüvvələri və ictimaiyyəti geniş diskussiyaya çağırmaqla Azərbaycanda informasiyalı cəmiyyət, o cümlədən vətəndaş cəmiyyəti quruculuğunun yeni mərhələsini başlatmış oldu".
 
Nəzrin Cavid
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan