» » İranda ortaya çıxan Ermənistana məxsus “Boeing”in sirri - ARAŞDIRMA


İranda ortaya çıxan Ermənistana məxsus “Boeing”in sirri - ARAŞDIRMA



    Müəyyən müddət keçib, amma Ermənistanda qeydiyyatdan keçmiş Amerika istehsalı olan “Boeing” təyyarəsinin İran ərazisində necə peyda olduğunu aydınlaşdırmaq hələ də mümkün deyil. Həm Ermənistan Mülki Aviasiya, həm də təyyarənin qeydiyyata alındığı “Fly Armenia Airways” şirkəti bütün sorğulara eyni cavabı verir: “Araşdırma aparılır və əlavə məlumat olduğu halda açıqlanacaqdır”. Ermənistan hələ “aydınlaşdırılmaqda” olarkən, ABŞ bu məsələdə iştirak edən bütün tərəfləri təyyarənin yerini və statusunu dərhal aydınlaşdırmağa çağırır. ABŞ qanunlarına görə, Amerika istehsalı olan təyyarələrin və təyyarələrin ehtiyat hissələrinin verilməsi və ya digər şəraitdə İrana tədarük olunması qadağandır. ABŞ-ın Ermənistandakı səfirliyi “Amerikanın Səsi” sorğusuna cavab olaraq bu cür fəaliyyətlərə cəlb edilən strukturların ABŞ sanksiyalarına məruz qala biləcəyini söyləyib.

     Daha öncə “Fly Armenia Airways” şirkəti icarəyə götürülmüş B737-300 təyyarəsinə Estoniyanın paytaxtı Tallin şəhərində texniki xidmət göstərildiyini, bundan sonra texniki xidmətə davam etmək üçün 12-22 fevral tarixlərində Ukraynanın “Hostomel” Hava Limanına uçmasının planlaşdırıldığını açıqlamışdı. Ancaq təyyarə 20 fevral tarixində havaya qalxmış və bilinməyən bir səbəblə İrana təcili eniş edib.

“Fly Armenia” şirkəti rəsmi açıqlamasında Tallindən havaya qalxdığını və “Hostome”" istiqamətinə uçmalı olduğunu açıqlayıb.

Ancaq “Hostomel”dən nə qədər yan uçduğunu və “Hostomel”də eniş etmək üçün də heç bir trayektoriyasının olmadığını görürük. Əgər eniş etmək niyyətində olsaydı, gələr eniş edərdi, bir müddət oturar, daha sonra uçuş trayektoriyasından sapa bilərdi.

    ЕK-FAA qeydiyyatı ilə uçuş tarixini onlayn uçuşları izləyən veb saytlar vasitəsilə araşdırmağa çalışdıq. Təyyarə Ermənistanda qeydiyyata alınmadan əvvəl Litvanın “GetJet Airlines” şirkəti tərəfindən qeydiyyata alınıb və axtarış nəticəsində təyyarənin son uçuşunu 6 aprel 2020-ci ildə həyata keçirdiyi məlum olub. Bundan sonra Ermənistanda “Fly Armenia Airways” reyestrində qeydiyyata alınıb. 1 fevral tarixinə olan məlumata əsasən Ermənistanda 19 təyyarə qeydiyyata alınıb. Həmin təyyarə isə 30 dekabr tarixində 20 avqust 2025-ci ilə qədər qeydiyyata alınıb.

    Ermənistanda qeydiyyatdan keçdikdən sonra təyyarə istismara veriməyib, ilk uçuş isə məhz 19 fevral tarixində Varna istiqamətinə olub. Oradan, 20 fevral tarixində B737-300 təyyarəsi Türkiyə üzərindən uçuş edərək, İrana doğru yola çıxıb və “Mehrabad” hava limanına eniş edib. Kiyev ilə Tehran arasındakı məsafə birbaşa xətt üzrə 2346 km, uçuş müddəti 3 saat 25 dəqiqə təşkil edir. İstintaq bir neçə gündür naməlum səbəblərdən bu dərəcədə uçuş trayektoriyasından kənara çıxılmasının cavabını axtarmağa çalışır.

Təyyarəni geri qaytarmağın mümkün olub-olmayacağını hələ bir kənara qoyaq. Əlbəttə, bunun nəticələrini Amerika tərəfi edəcək. Hər şeydən asılı olmayaraq, etibar məsələsi artıq yoxdur. Avropa İttifaqına gedən erməni təyyarələri onsuz da qara siyahıdadır.

    İndi Ermənistan Amerika sanksiyalarına məruz qala bilər. Ümumiyyətlə ABŞ müstəsna hallarda dövlətlərə qarşı, amma bir qayda olaraq çox vaxt konkret şəxslərə və ya təşkilatlara qarşı sanksiyalar tətbiq edir.

    Xatırladaq ki, artıq Ermənistanda fəaliyyət göstərən şirkətlərə, məsələn, Ermənistanda qeydiyyatdan keçmiş “Mahan Air” aviaşirkətinə və bir İran bankına qarşı sanksiyalar tətbiq edilib. Sanksiyalar, fəaliyyətdəki məhdudiyyətlərdən və hesabların bağlanmasından başlamış ailə üzvlərinin və onlarla əlaqəli olanların ABŞ-a girişinə qadağa qoyulmasına qədər dəyişə bilər.

    İran mətbuatının susması isə maraqlıdır.

    Üçüncü bir ölkədən təyyarə almaq üçün normal bir razılaşma, bəzi insanlar tərəfindən özbaşına fəaliyyət və ya Ermənistan səlahiyyətlilərinin xəbərdar olması ilə planlı bir satış olduğu, hələ dəqiq deyil. Yeri gəlmişkən, Ermənistan mülki aviasiyası tərəfindən edilən açıqlamada təyyarənin sərnişinsiz, pilotların isə əcnəbi olduğu qeyd edilib.

     Bir şey aydındır, Ermənistanda mülki aviasiya ətrafında yumşaq desək məsuliyyətsizlik mühiti formalaşıb, qurumun reytinqi gündən-günə azalır. Bu hadisə nəticəsində məsələdəki daha vacib “oyunçular”ın ortaya çıxmaması üçün, hətta tamamilə fərqli insanlar cəzalandırılması ehtimal oluna bilər.

     Hazırda Ermənistan hökumətin idarə etdiyi hər bir qurumda ümumi qarışıqlıq, xaos və məsuliyyətsizlik hökm sürür.
 
 
Mənbə: ordu.az
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan