» » Beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzu daha da artır


Beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzu daha da artır

Azərbaycan dövləti uğurlu xarici siyasət həyata keçirir. Bu siyasət çərçivəsində dünya ölkələri ilə yanaşı beynəlxalq təşkilatlarla fəal əlaqələr qurulur. Ölkəmiz üzv olduğu təşkilatlar daxilində fəal və nümunəvi fəaliyyəti ilə seçilir, sülhsevər və inkişafa hesablanmış təşəbbüslərlə çıxış edir.

Azərbaycan dünya birliyinin fəal üzvü kimi hər bir məsələdə söz sahibliyini və sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir.  Dövlət başçısı İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə fəxri qonaq kimi qatılması və bu tribunadan Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması da deyilənlərin təsdiqidir.
 Ölkəmizin sammitdə iştirakı, Azərbaycanın dünya-miqyaslı nüfuzunun və Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uğurlu xarici siyasətin göstəricisidir. Ölkəmizin təşkilata üzv ölkələrlə geniş ikitərəfli münasibətləri mövcuddur. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələr isə bu münasibətləri daha da gücləndirir. Prezident sammit çərçivəsində bir sıra ölkələrin dövlət başçıları ilə səmərəli görüşlər keçirib, ikitərəfli əlaqələrin inkişafı və regional məsələlər müzakirə olunub.

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda Pakistan və Hindistan da bu təşkilatın  üzvülüyünə qatılıblar. Əfqanıstan, İran, Monqolustan, Belarus dövlətləri təşkilatın müşahidəçi üzvüləri və  Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı isə təşkilatın dialoq tərəfdaşıdır.

Onuda qeyd edim ki, Azərbaycan 2016-cı ildən bu təşkilat ilə münasibətlərini inkişaf etdirməkdədir. Şanxay Əməkdaşlıq Təşkilatının əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, siyasət, ticarət, iqtisadiyyat və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Prezident Sammitdə çıxışı zamanı Azərbaycanın xarici siyasətinin həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafında mühüm rol oynadığını xüsusi vurğuladı və Azərbaycanın öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməklə davam edəcəyini Sammit iştirakçılarının diqqətinə çatdırdı.

Dövlət başçısı çıxışı zamanı Ermənistanın dövlət sərhədində törətdiyi son təxribatlardan da danışıb və regionda sülhün təmin edilməsinin zəruriliyini vurğulayıb. Bildirdi ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdi. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə aldı. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bu günümüzün əsas məsələsi məhz  regionda sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasıdır ki, Ermənistan hələ də konkret addım atmaq barədə düşünmək istəmir.
Dövlət başçısı ən yüksək səviyyədə Ermənistanın destruktiv addımları barədə bir daha məlumat verdi, Zəngəzur dəhlizinin açılmasının ləngidilməsinin, eləcə də Azərbaycan Emənistan münasibətlərinin normallaşması prosesinin yubanmasının arxasında rəsmi İrəvanın dayanması barədə xəbərdarlıq etdi. Azərbaycanın yanaşması ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi regionda sülh və əmin - amanlığın bərqərar olması üçün əsasdır və rəsmi Bakı bu istiqamətdə israrla fəaliyyət göstərəcək. Zəngəzur dəhlizi, həm də region dövlətləri arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında, eləcə də Ermənistanın özünün demək olar ki, davam edən 30 illik təcrid vəziyyətindən çıxarılmasında mühüm rol oynayacaq. Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.

Səmərqənd sammiti Azərbaycanın bu təşkilatla əlaqələrinin daha da güclənməsində öz töhfəsini verəcək. Sammitin yekunu olaraq qəbul edilmiş Səmərqənd Bəyannaməsində də qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri nəzərdə tutulur.
Samir Ağayev, 
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR