Biləsuvardan olan yaralı əsgərlərimiz hərbi hospitalda ziyarət olundu » Yerli İnformasiya Agentliyi
» » Biləsuvardan olan yaralı əsgərlərimiz hərbi hospitalda ziyarət olundu

Biləsuvardan olan yaralı əsgərlərimiz hərbi hospitalda ziyarət olundu

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi geniş miqyaslı təxribatın qarşısını alarkən yaralanmış və hazırda  Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında  və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müalicə alan Biləsuvar rayonundan olan hərbi qulluqçuları ziyarət etdilər.

Biləsuvar Rayon İcra Hakimiyyətindən "Bilesuvarinfo"ya verilən məlumatda bildirilir ki, Faiq Qürbətov ziyarət zamanı hərbi qulluqçularımızın səhhəti və qayğıları ilə maraqlanıb, onların tezliklə sağlamlıqlarına qovuşmasını arzu edib. Icra başçısı bildirib ki, bu gün xalqımız əsgərlərimizlə fəxr edir, onların qəhrəmanlıqlarından qürur duyur. Qəhrəman ordumuz bu gün  Azərbaycanın yeni- şanlı tarixini yaradır. 

Bildiririk ki, Ermənistanın sentyabr ayının 12-dən 13-ə keçən gecə törətdiyi təxribat nəticəsindən Biləsuvar rayonundan olan 4 nəfər hərbi qulluqçumuz şəhid olmuş, 11 nəfəri isə yaralanmışdır.

Yaralılardan 1 nəfəri sağalaraq xidmətinə geri dönmüş, 8 nəfəri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında,  1 nəfəri Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında, 1 nəfər isə Gəncə şəhərində yerləşən Hərbi Hospitalda müalicəsini davam etdirir.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan