» » Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər.


Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər.

     Azərbaycanda bu gün multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və bütün dünyada uğurlu siyasi model kimi qəbul olunur. Ölkəmizdə müxtəlif mədəniyyətə sahib 30-dan çox azsaylı xalq tarixi keçmişdən bu günədək sülh şəraitində birgə yaşayır. Bütün dinlər cəmiyyətdə sərbəst şəkildə təmsil olunur. 
    İndiyədək Azərbaycanda nə milli, nə də dini zəmində heç bir qarşıdurma və fikir ayrılığı yaşanmayıb. Əksinə, ən çətin zamanlarda bütün dinlərin nümayəndələri tərəfindən həmrəylik nümayiş etdirilib. Dini inanclar tamamilə sərbəstdir. Ölkədə onlarca məscid, kilsə və sinaqoq fəaliyyət göstərir. Multikulturalizm siyasəti ölkənin daxili vəziyyətindən başqa, onun beynəlxalq imicinə də müsbət təsir göstərir və Azərbaycanın hüquqi dövlət olmasına bariz sübutdur. 
     Bu gün artıq Azərbaycan dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınır və bu model beynəlxalq miqyasda öyrənilir. Eyni zamanda, Azərbaycana dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi kimi də hörmətlə yanaşılır. Bax, elə buna görə də Azərbaycan xalqı öz Prezidentinin bu cür bəşəri siyasət yeritdiyinə görə, istər ölkə daxilində, istərsə də xaricində atdığı bütün addımları dəstəkləyir. Çünki xalqımız öz rəhbəri tərəfindən hər bir təşəbbüsün Azərbaycanın marağı və inkişafı naminə irəli sürüldüyünə tamamilə əmindir. Cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan heç bir dövlətin geosiyasi oyununa qatılmır, praqmatik və təmkinli mövqe tutur və dünya miqyasında müstəqil, düşünülmüş siyasət yürüdür. Elə ona görə də Azərbaycan dünyada analoqu olmayan bir ölkəyə, Ordumuz isə dünyanın ən güclü ordularından birinə çevrilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında birgəyaşayış haqqında fikirlər səsləndirmişdir. O, qeyd etmişdir ki, bizim xalqlar sülh şəraitində yaşamalıdırlar. Azərbaycanda minlərlə erməni yaşayır. 
    Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əslər boyu bir ailə kimi yaşayırlar. Dövlət başçısı həm də diqqəti ona cəlb etdi ki, davamlı sülh regionun inkişafını təmin edən əsas amildir. Düşmənçilik fikirləri artıq geridə qalmalıdır. 10 noyabr tarixində imzalanmış Bəyanata sadiqlik nümayiş etdirməklə regionda sülh təmin olunacaq. Bu gün atılan addımlar gələcəyə xidmət edir. Prezidentin açıqlamalarından aydın olur ki, bundan sonra da birgəyaşayış şərtlərinə sadiq qalmaq Azərbaycan xalqının əsas məqsədi olacaqdır.  

               Səyalə Şahbazova 
               Biləsuvar Heydər Əliyev Mərkəzinin direktoru
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan