» » Bu foto ondan qalan yeganə xatirədir - Yenilənib


Bu foto ondan qalan yeganə xatirədir - Yenilənib

Bu gün Birinci Qarabağ mühaibəsi şəhidi Malik Piriyevin anadan olduğu gündür.

“Bilesuvarinfo” xəbər verir ki, şəhid Malik Zəkulla oğlu  Piriyev 20 Sentyabr 1973 - cü ilin 20 sentyabırında Əliabad kəndində zəhmətkeş bir ailədə anadan olub. İndi adını daşıyan Əliabab kənd tam orta məktəbində təhsil alıb.

Malik peşə təhsilini başa vuranda cəbhədə qanlı döyüşlər daha da olovlanırdı. Bu zaman o, hərbi xidmətə çağırılması xəbərini bəzilərindən fərqli olaraq sevinclə qarşıladı. 1992-ci ilin yanvarında Malik Milli ordunun təlim tədris mərkəzinə təlimlərə göndərildi.

M.Piriyev 1993-cü idə Ağdam – Ağdərə istiqamətində düşmənə qarşı döyüş əməliyatlarında iştirak edib.  1994 - ci ilin yanvarında Horadiz uğurunda aparılan ağır döyüş əməliyyatında qəhrəmancasına şəhid olub. 1994 - ci ilin 24 yanvarında Xımandalı kənd qəbiristanlığında dəfn olunub.

Ailədə 3 oğul, 1 qız övladını Zəkulla kişi Bibinaz xanımla halallıqla böyütmüş, yüksək əxlaqa malik övladlar tərbiyə etmişlər. Malikin şəhadətə yüksəlməsi, Bibinaz ananın qəlbində gəzdirdiyi övlad həsrəti onu bir sonra övladına qovuşdurdu.

Yazılanlar haqqında bizə məlumat verən Malik Piriyev adına Əliabab tam kənd orta məktəbinin direktoru Bəsirə xanım onu da qeyd edir ki,
  Malik aztəminatlı ailədə böyüyüb. Məktəbimizdə onun xatirə güşəsi hazırlananda, ailəsi onun cəmi bir şəkilinin olduğunu bildirdi. Qəhrəmanımızın adını daşıyan məktəbimizdə təhsil alan, böyüyən şağırlərimiz əsl vətənpərvər böyüdülər. Şagirdimiz Mübariz İbrahimovun qəhrəmanlığı nəinki Azərbaycana, bütün dünyaya səs saldı. Vətən müharibəsində Elvin Şahmarlı, Səməd Kərimli və Rahət İsayev şəhadət şərbətini içiblər.
                * * * *.
Şəhid Piriyev Malik Zəkulla oğlunun doğum günü münasibətilə Əliabad kənd tam orta məktəbində tədbir keçirilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan