» » Biləsuvarda daha bir şəhid dəfn olundu


Biləsuvarda daha bir şəhid dəfn olundu

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən  qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun əsgəri  Zöhrab Kərimov dəfn edilib. 
"Bilesuvarinfo" xəbər verir ki, şəhid Z. Kərimov doğulub, boya-başa çatdığı Biləsuvar şəhərində  torpağa tapşırılıb. Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başcısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, şəhidimiz Zöhrab Azad oğlu Kərimov 2003 - ci ildə Biləsuvar rayonunda anadan olub, həqiqi hərbi xidmətinin 6 ayını başa vurmuşdur. Ailənin yeganə oğul övladı idi.

Allah rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan