Biləsuvarda əmək yarmarkası keçirilib - FOTO » Yerli İnformasiya Agentliyi
» » Biləsuvarda əmək yarmarkası keçirilib - FOTO

Biləsuvarda əmək yarmarkası keçirilib - FOTO

Biləsuvarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Şirvan - Salyan  Regional Məşğulluq Filialının və  Biləsuvar İcra Hakimiyyətinin təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. 

“Bilesuvarinfo” xəbər verir ki, Mərkəzi parkda keçirilən  tədbirdə rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov, sözügedən filialın müdiri Habil Alıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yarmarkaya 30 yaxın dövlət və özəl müəssələr qatılıb. Ümumilikdə iş axtaranlara təklif olunan 800 - ə yaxın vokant iş yerlərindən 30 - u ali və orta ixtisas təhsili üzrə olub. Təklif olunan işlərdə aylıq əmək haqqının məbləği 300 manatdan 1400 manata qədər dəyişib. 

Yarmarkafa bəzi vətənadaşıların bizness bacarığı nəzərə alınaraq özünəməşğulluq proqramı çərçivəsində agentlik tərəfindən təqdim olunan aktivlərin verilməsi üçün qeydiyyat aparılıb. Müvafiq sənədləşmə aparıldıqdan sonra 200-dən çox vətəndaşa ixtisas və peşələrinə uyğun vakant yerlərə göndəriş veriləcək.

Qeyd edək ki, yarmarkada 400-dən çox işaxtaran qeydiyyata götürülüb, işlə bağlı müraciət edənlərin əsas marağı nəzarətçi, elektrik, sürücülük və fəhlə işi üçün olmuşdur.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan