» » Ağalıkənddə talvarda və evdə yanğın olub - FOTO


Ağalıkənddə talvarda və evdə yanğın olub - FOTO

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

"Bilesuvarinfo"nun
məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndində Çingiz Seyfullayevə məxsus təsərüfatda qeydə alınıb.

Belə ki, əvvəlcə yanğın  ümumi sahəsi 104 kvadratmetr olan metal konstruksiyalardan ibarət talvarda başlayıb. Daha sonra yanğın yaxınlıqda ümumi sahəsi 121 kvadratmetr olan birmərtəbəli evə keçib. 

Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunaraq yanğın söndürülüb.

Yanğın nəticəsində talvarın altına yığılan 160 ton ot bağlamasının 10 tonu, birmərtəbəli evin isə 2 ədəd plastik pəncərə çərçivəsi, qapısı və dam örtüyünün yanar konstruksiyaları 6 kvadratmetr sahədə yanıb. 

Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR