» » Biləsuvarda gənclər doğum günü olan şəhidin ailəsini və məzarını ziyarət ediblər.- FOTO


Biləsuvarda gənclər doğum günü olan şəhidin ailəsini və məzarını ziyarət ediblər.- FOTO


     İctimai Maarifləndirmə layihəsi çərçivəsində Biləsuvar Yeniyetmə və Gəncləri ictimai birliyinin nümayəndəsi və könüllüləri rayon gəncləri ilə birlikdə şəhid Həsənli Telmanın doğum günündə ailəsinə baş çəkmiş, məzarını ziyarət etmişlər. Cəsur döyüşcü, tankçı komandir Həsənli Telman Rafiq oğlu 3 mart 1998-ci ildə Bağbanlar kəndində anadan olub. 
     Müharibənin ilk günlərindən torpaqlarımızın azad edilməsi uğrunda gedən Vətən müharibəsinə qoşulmuş, döyüşlərin birində yaralansa da, qənimət kimi bir düşmən tankını da özü ilə gətirməyi bacarıb. Sağaldıqdan sonra döyüşə qayıdaraq Füzuli və Zəngilan istiqamətində, Xudafərinin alınmasında qanlı döyüşlərdə rəşadət göstərmiş, Şəhidlik zirvəsinə ucalmışdır.  O, 18 oktyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Qəhrəmanımız Vətən müharibəsində göstərdiyi şücaətə görə "Vətən uğrunda", "Xocavəndin alınmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
                          Sahil Hüseynzadə
                          Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin sədri.




Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan