» » Davamlı sülh başlıca məqsədimizdir


Davamlı sülh başlıca məqsədimizdir


Prezident İlham Əliyev avqustun 12-də  Azərbaycan Televiziyasına verdiyi müsahibədə bir daha bəyan edildi ki, davamlı ümumbəşəri sülh sosial-siyasi dəyərdir və regionun inkişafını təmin rdən əsas amildir.  Hazırkı zamanda sülhə nail olmaq prioritet vəzifədir, düşmənçilik, revanş məsələləri bir kənara qoyulmalıdır.  

İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq.  Bəli, dövlətimizin başçısı mətbuat konfransında bir çox önəmli mesajlar verdi və onun hər fikrini maraqla dinləyən geniş bir auditoriya var idi. Hər kəs Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu bir daha gördü.

Bu gün müharibənin bitməsindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də ağır məğlubiyyətin acısını yaşayan Ermənistanda bəzi siyasətçilər hakimiyyətə gəlmək üçün müəyyən revanşist fikirlər səsləndirir, xaricdəki havadarlarının köməyi ilə hakimiyyəti ələ keçirib, ordunu gücləndirib yenidən müharibəyə başlamaq barədə düşünürlər. Müsahibədə bu məsələyə də toxunan dövlətimizin başçısı bu cür düşünənlərə açıq şəkildə xəbərdarlıq edərək dedi ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi.

Xalqımız möhkəm əmindir ki, Ali Baş Komandanımızın qəti qərarları sayəsində  Azərbaycan ordusu bundan sonra da hər bir təxribat hərəkətinə layiqincə cavab verəcək.


   Aydın Hüseynov
   Jurnalist
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR