Rabitə qurğusunu piyada səkisində qurdular » Yerli İnformasiya Agentliyi
» » Rabitə qurğusunu piyada səkisində qurdular

Rabitə qurğusunu piyada səkisində qurdular


Küçəmizdə piyada səkisi ilə hərəkət etməyimiz yadımıza gəlmir, elə yəqin səkinin əhəmiyyətsiz olduğu düşünüldüyündən, yeni rabitə qurğusunu düz piyada səkimizin üsündə yerləşdiriblər.

“Bilesuvarinfo”ya bunu yazan, Biləsuvar şəhərinin Nizami küçəsinin sakinləri deyirlər ki, küçəmizin piyada səkisi uzun illərdir bərbaddır: “Küçəmizin qədim tarixi var. Vaxtilə piyada səkisinə asfalt örtüyü qoyulub.  Ötən dövr ərzində səkinin təmiri ilə bağlı heç bir işin aparılmaması, elə küçədə yaşayan bəzi sakinlər tərəfindən səki üzərində müxtəlif təyinatlı tikililər tikməsi, bəzi hissələrində xəndəklərin və digər maneələrin olması səki ilə hərəkəti mümkünsüz edib. Səkinin tamamlilə bərbadlığını bilən sakinlər avtomobil yolu ilə hərəkət etməli olur. Bu da piyadalar, xüsusilə məktəblilərin hərəkəsti üçün təhlükə risqini artırır. Küçəmizin səkisinin bərpası üçün aidiyyəti qurumlara etdiyimiz müraciət də cavabsız qalıb ”.


Qeyd edək ki, Biləsuvar şəhərində rabitə sistemi yenidən qurulur. Hal - hazırda 3 şirkət tərəfindən şəhərin müxtəlif istiqamətlərində yeni dirəklər basdırılıb, fibroptik kabellər çəkilir, yeni tənzimləyici qurğular üçün yer tikimişdir. Məhz həmin bu qurğulardan biri Nizami küçəsində səkinin üzrərində yerləşdirilmişir. Nizami küçəsində qurğunun səkidə quraşdırılmasına aydınlıq gətirmək üçün,  tikinti işin aparan “MTS Enginering”in iş icracısı  Zehin müəllimlə əlaqə  saxladıq. O, məsələ  bağlı danışarkən qeyd etdi ki, biz layihə əsasında işləyirik.  Hansı iş necə göstərilibsə, elə də etməliyik.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan