» » Hərbçilərin maaşları ətrafında ajiotaja son qoyuldu-Bəhruz Məhərrəmov


Hərbçilərin maaşları ətrafında ajiotaja son qoyuldu-Bəhruz Məhərrəmov

    Hərbçilərin maaşları ətrafında ajiotaja son qoyuldu. Beləliklə, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100% həcmində müddətli əlavələr təyin edilib. İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50% həcmində müddətli əlavələr təyin olunub. Yeni əlavələr 2021-ci ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir. 
    Yəqin ki, 5-ci kalonun trolları, hərbçiləri dövlətdən narazı salmaq istəyən "sosial media" qəhrəmanları, onlara alət olmuş "vətənsevər"lər və ən əsası dövlət düşmənləri üçün ağır xəbər oldu. Sirr deyil ki, bu istiqamətdə xüsusi canfəşanlıq göstərənlərin böyük əksəriyyətini hərbçilərin güzəranı yox, vəziyyətin gərginləşməsi maraqlandırırdı. 
     Amma bu insanlar unutmamalı idilər ki, Prezident İlham Əliyev heç bir vətəndaşı, xüsusən də qalib ordunun müzəffər hərbçisini heç vaxt naümid vəziyyətdə qoymaz.

              Bəhruz Məhərrəmov - Milli Məclisin deputatı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR